SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev: “Putinlə çox məhsuldar danışıqlar apardıq”

27-09-2018, 14:26 | Oxunub: 11 047 |

İlham Əliyev: “Putinlə çox məhsuldar danışıqlar apardıq”

Rusiya Azərbaycan üçün vacib və dəyərli tərəfdaş ölkədir.

Emtv.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda çıxışı zamanı deyib.

“Düşünürəm ki, qarşıdakı illərdə bizim əməkdaşlığımız ancaq inkişaf edəcək”- Azərbaycan prezidenti vurğulayıb.

Azərbaycan prezidentinin sözlərinə görə, Azərbaycanla Rusiya arasında intensiv əlaqələr, o cümlədən yüksək səviyyədəki görüşlər Moskva ilə Bakı arasında dostluq və tərəfdaşlıq münasibətlərinin olmasının göstəricisidir: “Biz Vladimir Vladimiroviçlə mütəmadi olaraq görüşürük və mən, bu yaxınlarda, sentyabrın əvvəlində Rusiyaya rəsmi səfər etdim. Biz səfər zamanı bütün məsələlər üzrə çox məhsuldar danışıqlar apardıq.

Bizim öncəki görüşümüzdən bir ay keçməmiş prezident Putinin Azərbaycana səfəri ölkələrimiz arasındakı münasibətlərin hansı səviyyədə olduğunu bariz nümunəsidir”.

Azərbaycan prezidenti deyib ki, Rusiyaya səfəri zamanı iki ölkə arasında əlaqələrin inkişafına xidmət edəcək 16 sənəd imzalanıb: “Rusiya prezidenti Vladimir Putin son 5 ildə Azərbaycana 4 dəfə səfər edib. Mən də öz növbəmdə müntəzəm olaraq Rusiyaya səfər edirəm”.

İki ölkə arasındakı ticari-iqtisadi məsələlərə toxunan İlham Əliyev deyib ki, iki ildir ölkələrimiz arasında ticarət dövriyyəsi inkişaf etməkdədir: “Rusiya Azərbaycan idxalatda birinci tərəfdaş ölkədir. Azərbaycanda Rusiyaya qeyri-neft məhsullarını ixrac etməsi sahəsində birinci yerdədir”.

İ.Əliyev deyib ki, Rusiya və Azərbaycan enerji və neft-qaz sahəsində də çox sıx əməkdaşlıq edir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR