SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“Dədə Qorqud” kamera orkestri Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış edib

25-09-2018, 14:35 | Oxunub: 9 992 |

“Dədə Qorqud” kamera orkestri Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış edib

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə yaradılmış “Dədə Qorqud” kamera orkestrinin konserti olub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, tədbirdə fondun prezidenti Günay Əfəndiyeva çıxış edərək, qədim türk dünyasının mədəniyyət mərkəzlərindən və ən gözəl guşələrindən biri, İslam Mədəniyyətinin Paytaxtı, ulu öndər Heydər Əliyevin Vətəni olan Naxçıvanda olmaqdan məmnunluq duyduqlarını qeyd edib. “Bu gün Naxçıvan qədim olduğu qədər də müasirdir. Biz ikiqat sevinc və qürur hissi keçiririk ki, belə gözəl bir tədbir türk dünyasının inkişafına, onun güclənməsinə dəstək verən Ulu Öndərimizin adını daşıyan möhtəşəm Heydər Əliyev Sarayında keçirilir”, - deyə fondun prezidenti əlavə edib.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğızıstan, Türkiyə dövlət başçılarının dəstəyi ilə yaradılıb. Məqsəd, ilk növbədə, türkdilli xalqları yaxınlaşdırmaq, qardaş xalqları daha da doğmalaşdırmaq və eyni zamanda, həmin xalqların sahib olduqları zəngin mədəni irsi dünyaya tanıtmaqdır.

Bu istiqamətdə fond müxtəlif layihələr həyata keçirir. Belə layihələrdən biri də “Dədə Qorqud” kamera orkestrinin yaradılmasıdır. Bu il sentyabr ayının əvvəlində Qırğızıstanda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitində orkestrin yaradılması dövlət başçıları tərəfindən imzalanan Bəyannamədə öz əksini tapıb. Türk dünyasının ortaq yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud”un baş qəhrəmanının adını daşıyan kamera orkestri özündə türk dünyası dövlətlərinin musiqiçilərini birləşdirir. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovdur.

Günay Əfəndiyeva bu tədbirin reallaşmasında əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Sonra orkestr geniş konsert proqramı ilə çıxış edib. Orkestrin ifasında xalq və bəstəkar mahnıları türk, Azərbaycan, qırğız dillərində təqdim olunub. “Nizami” simfoniyasının I hissəsindən, “Üsküdara gedərkən”, “Yeni bir gülnihal”, “Nihavət lonqa”, “Aytın salem kalamkas”, “Dudaray” əsərlərindən, “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən musiqilər dinlənilib, ifaçılardan Aydan Həsənovanın “Ölkəm”, “Arzu”, Orxan Zeynalovun “Qərənfil”, “Çahargah”, Almaz İstambayevin “Caylodo”, “Selkiqe”, Orxan Cəlilovun “Dəli ceyran”, “Alagöz”, Sibel Kızıl­atəşin “Mazi kalbində bir yaradır”, “Axşam” mahnısı, Ceyla Seyidovanın “Muğamsayağı” vokal və instrumental ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR