SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyev Bolqarıstan baş nazirinin müavini ilə görüşdü

25-09-2018, 11:31 | Oxunub: 7 384 |

İlham Əliyev Bolqarıstan baş nazirinin müavini ilə görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Emtv.az xəbər verir ki, Bolqarıstanın Baş nazirinin ictimai asayiş və təhlükəsizlik üzrə müavini, müdafiə naziri Krasimir Karakaçanov ilk dəfə Azərbaycanda 10 il bundan qabaq olduğunu qeyd edərək ötən dövr ərzində Bakıdakı çox böyük inkişafın onlarda dərin təəssürat yaratdığını deyib. Krasimir Karakaçanov bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə bütün sahələrdə böyük nailiyyətlər əldə edilib və o, bu münasibətlə dövlətimizin başçısına təbriklərini çatdırıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev son illər Azərbaycan ilə Bolqarıstan arasında ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksələrək strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıb. Ölkələrimizin bir çox sahələrdə fəal əməkdaşlıq həyata keçirdiyini bildirən dövlət başçısı yüksək səviyyəli səfərlərin bu işdə rolunu qeyd edib.

Enerji sahəsində strateji əməkdaşlığın mövcud olduğunu deyən Prezident İlham Əliyev digər sahələrdə də əlaqələrin genişləndirilməsinin zəruriliyi bildirib.

Görüşdə III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin əhəmiyyətinə toxunulub, Krasimir Karakaçanovun bu tədbirdə iştirakı ikitərəfli münasibətlərimizin inkişafının yaxşı göstəricisi kimi dəyərləndirilib, onun Azərbaycana səfərinin əlaqələrimizin genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR