SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kriminal dəstənin film kimi cinayətləri

22-09-2018, 14:16 | Oxunub: 6 899 |

Kriminal dəstənin film kimi cinayətləri

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilənlər - Kamal Fərhadov, Səyavuş Şəfiyev, Ramil Quliyev və Elçin Aslanovun məhkəməsi keçirilib.

Emtv.az xəbər verir ki, hakim Fikrət Qəribovun icraatında olan prosesdə baxış iclası baş tutub.

Prokuror ittiham aktını elan edib. Belə ki, E.Aslanov 2017-ci il mayın 12-də S.Şəfiyevlə birlikdə Qəbələ rayonunda yaşayan Çiçək Məmmədovanın mal tövləsinə gizlicə girərək orada gizləniblər.

Bir gün sonra, mayın 13-də Ç.Məmmədova evdən çıxdıqdan sonra tövlədən çıxaraq evə giriblər və oradan 3 min manatlıq qızıl üzük və boyunbağı götürüblər.

Mayın 26-da Elçin, Kamal və Səyavuşla birgə Binəqədi rayonunda yaşayan Azər Məmmədovun evinə giriblər. Onlar yaşlı kişi olan Azərə bıçaqla xəsarət yetirib ayaqlarını "skoç”la bağlayıblar. Daha sonra evdən 2352 manat pul və 3 min manat dəyərində qızıl aparıblar.

İyunun 14-də isə Ramillə Kamal Xətai rayonunda yaşayn Maksimov Yuri Aleksandroviçin evinə girib, onu girov saxlayaraq oradan 13 min manatlıq pul və qızıl aparıblar.

Oktyabrın 22-də Səyavuşla Kamal Bakıda yaşayan Viktor Məmmədovun evinə qonşu adı ilə girib oradan 3375 manatlıq quldurluq ediblər.

İttihama münasibət bildirən şəxslər özlərini qismən təqsirli biliblər. Onlar pulun miqdarının şişirdildiyini deyiblər və bıçaqdan istifadə etmədiklərini, zərərçəkmişlərə fiziki təzyiq göstərmədiklərini deyiblər. Amma quldurluq etdiklərini etiraf ediblər.

Zərərçəkmiş Azər Məmmədov deyib ki, Kamal onun xalası oğludur: "Hadisədən bir-iki həftə əvvəl yoldaşım vəfat etmişdi. Kamal gəlib başsağlığı verdi, sonra getdi. Ardıyca Elçinlə Səyavuş gəldi, uzaq qohumum olduğunu dedilər. Mən də qohumlarla çox əlaqə saxlamadığım üçün əksəriyyətini tanımıram. Nəysə, evə girdilər, yoldaşımın ölümünə görə məni danlamağa başladılar ki, guya mənim günahımdan ölüb. Bu söhbət xoşuma gəlmədi, dedim durun gedin. Üstümə hücum edib məni təpiklə vurub yerə yıxdılar. Elçin ayağımı "skoç”la bağladı, əllərim açıq qaldı. Elçinin əlində bıçaq var idi. Bu vaxt Kamal da evə girdi, başladılar axtarmağa. Tapdıqları şeyləri götürəndən sonra çemodanı mənə verdilər. Orda bir cib var idi, əlimi saldım ki, görüm pulun hamısını götürüblər, ya yox. Ordan 500 manat çıxdı, onlar görməmişdilər. Həmin pulu da məndən aldılar. Amma sənədlərə dəyməmişdilər, hamısı yerində idi. Rəhmətlik yoldaşımın mənə bağışladığı üzüyü də apardılar. İndi də apardıqlarını qaytarmalarını tələb edirəm”.

Digər zərərçəkən Yuri Maksimov deyib ki, tanımadığı şəxslər qapını döyüblər, o da açıb: "Qapını açan kimi məni itələyib içəri girdilər. Ağzımı "skoç”la bağlayıb çarpayıya uzandırdılar. Kamal mənim yanımda qaldı, digərləri də evi axtarıb qızılları götürdülər. 12 min 700 manatlıq ziyan vurublar, şikayətçiyəm”.

K.Heydərov isə məbləğə etiraz edib: "Mən bu cinayəti törətmişəm, bu da mənim 5-ci məhkumluğumdur. Amma burada Hindistan kinosu qurmaq lazım deyil. Mən o evdən cəmi 3 min dollar götürmüşəm”.

Elçin Aslanov isə deyib ki, Azər Məmmədovun evinə Səyavuşla birgə girib: "Sonradan da Kamal gəldi. O evdən 2300 manat çıxdı, kişidən soruşduq ki, xərcliyin var? Dedi olanım o idi. Götürdüyümüz pulun 200-nü kişiyə qaytardıq, dedik "ala xərcləyərsən”. Qalanı da adama 700 bölüb getdik. Mənim qızıllardan xəbərim olmayıb. Həm də biz gələndə kişi içkili idi, onu heç vurmağa ehtiyac yox idi, elə özü yıxılırdı”.

K.Heydərov deyib ki, 3 cinayətə özü rəhbərlik edib: "Azərin evindən qızılı mən götürüb Səyavuşa verdim, dedim mənim başım çıxmır. Tutulandan sonra da 35-ci bölmənin rəis müavini Kamal müəllimə qaytardıq. Dedik bunu yiyəsinə verin. Amma müstəntiq dedi ki, ekspert rəy verib ki, guya onlar qızıl deyil. Mən də dedim qızıl olub-olmadığını bilmirəm, amma kişinin evindən götürmüşük, özünə qaytarın. Hələ də onu Azərə verməyiblər. Cənab hakim, polisi çağırın, deyin camaatın komplektini özünə qaytarsın.

Viktorun evindən də rubl filan götürməmişik. Cənab hakim, rubl ölü puldur, dollar olan yerdə rublu neynirəm? Sadəcə dollarla manatı götürüb çıxdıq. Rubl götürəni Allah vursun”.

K.Heydərov Viktor Məmmədovun evinə girərək yol verdiyi "səhv”dən də danışıb: "Pilləkəni qalxa-qalxa fikrimdə tutmuşdum ki, buna deyim altdakı qonşunam. Viktor 8-ci mərtəbədə qalırdı. Qapını açanda ona dedim ki, 6 mərtəbədə qalan qonşunam, sənin evindən bizə su damır. Bu bədbəxt də demədi ki, 6-ya su 7-dən damar, mənim də fikrimdən çıxmışdı ki, 7 deyim. Nəysə, buna dedik ki, tualetə baxaq. Ora girən kimi dəsmalı götürüb boynuna keçitdim, Səyavuşa dedim bunu saxla. Orada bıçaq, "skoç” filan olmayıb. Viktor elə hamamda sakitcə dayandı, mən pulu götürdüm, getdik”.

Proses sentyabrın 26-da davam etdiriləcək.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR