17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Rusiya prezidenti Bakıda dünya çempionatını izləyəcək
Rusiya prezidenti Vladimir Putin Azərbaycana səfəri zamanı cüdo üzrə dünya çempionatını da izləyəcək.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, “Inside the Games” nəşrinin verdiyi məlumata görə, sentyabrın 25-də Bakıda olacaq V.Putinin Milli Gimnastika Arenasına yollanacaq.
O, çempionatın altıncı yarış gününün görüşlərini izləyəcək. Həmin gün Rusiya təmsilçilərindən tatami üzərinə kişilərdən Avropa çempionu və “Bakı 2015” I Avropa Oyunlarının qalibi Kirill Denisovla Niyaz İlyasov (hər ikisi 100 kq), həmçinin qadın cüdoçu Aleksandra Babintseva (78 kq) çıxacaq.
V.Putin 8-ci dan qara kəmər sahibi və Beynəlxalq Cüdo Federasiyasının (IJF) fəxri prezidentidir. O, IJF prezidenti Marius Vizerin yaxın dostu sayılır. Rusiyanın dövlət başçısı ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında, eləcə də 2012-ci il London Yay Olimpiya Oyunlarında və “Bakı 2015” I Avropa Oyunlarında da iştirak edib.
Seymur Rəhimov
Emtv.az