SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Etimad İsmayılov dəfn edildi – Fotolar

21-09-2018, 14:36 | Oxunub: 12 560 |

Etimad İsmayılov dəfn edildi – Fotolar

Ədalət Partiyasının sədri İlyas İsmayılovun İstanbulda qətlə yetirilən oğlu Etimad İsmayılovla vida mərasimi başlayıb.

Emtv.az xəbər verir ki, mərhumla vida mərasimi İ. İsmayılovun Nardarandakı bağ evində keçirilir.

Yas məclisinə mərhumun yaxınları ilə bərabər ölkənin tanınmış şəxsləri də qatılıb.

Onların arasında keçmiş ANS-in prezidenti Vahid Mustafayev, şair Ramiz Rövşən, ADP sədri Sərdar Cəlaloğlu, akademik Rafiq Əliyev də var.

Mərhum E. İsmayılovun cənazəsi ata evindən götürülüb. E.İsmayılov Nardaran qəbiristanlığında dəfn olunacaq.

Keçmiş baş prokuror, ədliyyə naziri, deputat, məşhur siyasi xadim, “Ədalət” partiyasının sədri İlyas İsmayılovun Türkiyədə qətlə yetirilən oğlu Etimad İsmayılovun cənazəsi Bakıya gətirilib. Onun cənazəsini gətirən təyyarə gecə saatlarında hava limanına eniş edib. Mərhumun həyat yoldaşı Sevil Nuriyeva, o cümlədən digər yaxınları da Bakıya gəliblər.

“Elə bil dünya yıxılıb…” – Sevil Nuriyeva ərinin ölümü barədə deyib.

Mərhumla ilk vida mərasimi ötən gün İstanbulda baş tutub. Florya Yeni Camidə baş tutan mərasimə onun yaxınları, ailə üzvləri ilə yanaşı keçmiş XİN rəhbəri Əhməd Davutoğlu, İstanbul polisinin şefi Mustafa Çalışqan da qatılıb.

Cənazə namazı qılındıqdan sonra E.İsmayılovun nəşi Azərbaycana göndərilmək üçün Atatürk Hava Limanına yola salınıb.

Xatırladaq ki, iş adamı olan E. İsmayılov sentyabrın 19-da öz ofisində Gözəl Dəmirov tərəfindən qətlə yetirilib. O, başından iki, ürəyindən bir güllə yarası alıb. G. Dəmirov da azərbaycanlıdır və 90-cı illərin əvvəllərində Daxili İşlər Nazirliyində İdarə rəisi işləyib, ehtiyatda olan polkovnikdir.

İstiPress “Posta” qəzetinə istinadən xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan ehtiyatda olan polkovnik polisə ilkin ifadəsində cinayəti pul mübahisəsinə görə törətdiyini bildirib.

Belə ki, G.Dəmirov ortaq qurduqları şirkətin 4 milyon dəyərindəki 2 faizlik hissəsinin onun adına keçirilməməsinə görə E.İsmayılovla mübahisə etdiyini söyləyib. O, mübahisə zamanı İsmayılov tərəfindən təhdid edildiyini və buna görə silaha əl atdığını deyib.

Seymur Rəhimov
Emtv.az

Etimad İsmayılov dəfn edildi – Fotolar
Etimad İsmayılov dəfn edildi – Fotolar
Etimad İsmayılov dəfn edildi – Fotolar

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR