SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakıda "Galendwagen" "protiv" getdi - Polis inkar etdi

20-09-2018, 15:04 | Oxunub: 5 185 |

Bakıda "Galendwagen" "protiv" getdi - Polis inkar etdi

Mayın 11-də paytaxtın Cəfər Xəndan küçəsində 90-ZL-002 dövlət qeydiyyat nişanlı "Mercedes Galendevagen" markalı avtomobilin sürücüsünün yolun hərəkət istiqamətinin əksinə hərəkət etməsi anı digər avtomobildəki kameraya düşüb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, görüntüləri qeydə alan sürücü may ayında bu məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə ərizə yazaraq sürücünün məsuliyyətə cəlb edilməsini xahiş edib. Ərizə Bakı Şəhər DYP İdarəsində araşdırılıb və vətəndaşa 08.02.2018-ci il tarixdə cavab olaraq bildirilib ki, "90-ZL-002 qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhərrəmli Zamiq Məhərrəm oğlunun qayda pozuntusu müəyyən olunmuş və həmim sürücü barəsində incibati icraata başlanılmışdır".

Bu cavab vətəndaşı qane etmədiyinə görə yenidən DYP idarəsinə rəsmi müraciət edib. Bu dəfə müraciəti Binəqədi rayon DYP bölməsində araşdırılıb və 07.09.2018-ci il tarixdə Binəqədi rayon Polis Şöbəsinin rəisi polis polkovniki Namiq İsmayılovun imzası ilə sürücüyə cavab məktubu göndərilib. Məktubda vətəndaşa cavab olaraq bildirilib ki, "Araşdırma zamanı "Mercedes” markalı 90-ZL-002 qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən yol hərəkəti qaydalarını pozması, yəni hərəkətin digər iştirakçıları üçün maneə yaratması faktı üzrə kifayət qədər sübutlar olmadığı üçün sürücünü inzibati məsuliyyətə cəlb etmək mümükün olmamışdır".

Binəqədi rayon DYP-nin verdiyi cavabdan belə çıxır ki, kiməsə maneə yaratmırsansa, deməli əks istiqamətə çıxaraq yol hərəkəti qaydasını pozmaq qaydalar çərçivəsində olacaq. Cavabdan başa düşmək olur ki, qanun bahalı nömrələrlə idarə edilən avtomobillərin sürücülərinə şamil olunmur və onlar belə halda qayda pozmamış sayılır. Lakin hansısa digər ucuz markalı və sadə qeydiyyat nişanlı avtomobili ilə sağdan ötmə edən avtomobilin sürücüsü "Avtoxuliqan" etmiş sayılır.

Prezident İlham Əliyev hər zaman çıxışlarında qeyd edir ki, ölkədə ictimai nəzarət olmalıdır. İctimai nəzarət olarsa cəmiyyət düzgün formalaşacaq. Lakin görünür ki, Binəqədi rayon Polis İdarəsi cəmiyyətdəki qanunsuzluqlara qarşı ictimai nəzarətə hörmətsiz yanaşır.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR