20 sen 13:56Oxunub: 68 |

Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...

Arvadını boğan ər hakim qarşısında - Başqa kişi ilə mesajlaşırmış...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını yastıqla boğaraq öldürməkdə təqsirləndirilən Elvin Qəhrəmanlının məhkəməsi başlayıb.

Emtv.az yerli KİV-ə xəbər verir ki, hakim İradə Həsənzadənin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 1993-cü il təvəllüdlü E.Qəhrəmanlı öldürdüyü arvadı ilə nikahından 2 övladı olduğunu deyib. Onun uşaqlarından birinin 7‚ digərinin 5 yaşı var.

Tikinti şirkətlərində fəhlə işlədiyini deyən E.Qəhrəmanlı əvvəllər məhkum olunmayıb. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Proses sentyabrın 24-də davam etdiriləcək.

İttihama görə, hadisə 2018-ci il yanvarın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Cəlilabad rayon sakini E.Qəhrəmanlı həyat yoldaşı Günel Qəhrəmanlını boğaraq öldürüb.

Qətlin qisqanclıq zəminində törədildiyi bildirilir. E.Qəhrəmanlı arvadının başqa oğlanla telefonda danışdığını eşidib.

Daha sonra isə telefonda onların mesajlaşmalarını oxuyub. Bundan sonra arvadını yastıqla boğaraq qətlə yetirib.

Seymur Rəhimov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 1210
XƏBƏR LENTİ

Reklam
Məzənnə