20 sen 13:32Oxunub: 51 |

Ukrayna baş nazirinin birinci müavini: Kiyev səbirsizliklə İlham Əliyevi gözləyir

Ukrayna baş nazirinin birinci müavini: Kiyev səbirsizliklə İlham Əliyevi gözləyir

“Azərbaycan Ukrayna üçün sabit tərəfdaşdır və biz münasibətlərimizin inkişafı üzərində işləyəcəyik”.

Emtv.az xəbər verir ki, bunu Ukrayna baş nazirinin birinci müavini, Azərbaycan-Ukrayna Hökumətlərarası Komissiyanın həmsədri Stepan Kubiv deyib.

Onun sözlərinə görə, iki ölkənin strateji əməkdaşlığının əsasını ərazi bütövlüyünün və müstəqilliyin qarşılıqlı dəstəklənməsi təşkil edir.

İqtisadi münasibətlərə toxunarkən S.Kubiv qeyd edib ki, ölkələr arasında energetika, təhsil və turizm, həmçinin hərbi-texniki əməkdaşlıq sferalarında əməkdaşlıq uğurla inkişaf edir.

S.Kubiv nəqliyyat sferasından da dayan keçməyib və vurğulayıb ki, Azərbaycanla bu istiqamətdə daim iş gedir.

Onun sözlərinə görə, beynəlxalq nəqliyyat dəhlizi marşrutu “İpək Yol”u Ukrayna və Azərbaycanın birgə iştirak etdikləri ən perspektivli layihədir.

Baş nazirin birinci müavini əlavə edib ki, Ukraynada Azərbaycan Prezidentinin səfərini səbirsizliklə gözləyirlər.

Seymur Rəhimov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 952
XƏBƏR LENTİ

Reklam
Məzənnə