SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

UEFA Çempionlar Liqası: Roberto Firmino sonuncu dəqiqələrdə "Liverpul" klubuna qələbə qazandırıb

19-09-2018, 15:17 | Oxunub: 9 852 |

UEFA Çempionlar Liqası: Roberto Firmino sonuncu dəqiqələrdə "Liverpul" klubuna qələbə qazandırıb

Sentyabrın 18-də futbol üzrə UEFA Çempionlar Liqasının birinci turunun növbəti oyunları keçirilib.

Emtv.az xəbər verir ki, turun maraqla gözlənilən oyunlarından biri C qrupunda oynanılıb. İngiltərənin "Enfild" stadionunda keçirilən qarşılaşmada meydan sahibi, son UEFA Çempionlar Liqasının finalçısı "Liverpul" Fransanın PSG klubunu qəbul edib. İlk dəqiqələrdən hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab oyunun sonlarına yaxın açılıb. Qarşılaşmanın 36-cı dəqiqəsində Andrev Robertsonun cinah ötürməsini cərimə meydançasında tək qalan Daniel Stariç dəqiq baş zərbəsi ilə tamamlayıb - 1:0. Qoldan altı dəqiqə sonra cərimə meydançasının daxilində Jorjinyo Vijnalduma qarşı qayda pozuntusu olub. Oyunun baş hakimi türkiyəli Cüneyd Çakır fransızların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Topa yaxınlaşan Ceyms Milner sağ küncə dəqiq zərbə endirərək qapıçıya şans verməyib - 2:0. Qoldan sonra irəli atılan PSG matçın 40-cı dəqiqəsində hesab arasındaki fərqi azaldıb. Tomas Munye adını tabloya yazdırıb - 2:1.

Fasilədən sonra fransızlar hesabı bərabərləşdirməyə nail olublar. Kilyan Mbape hesaba tarazlıq gətirib - 2:2. Roberto Firmino sonuncu dəqiqələrdə dəqiq baş zərbəsi ilə “Liverpul”a qələbə qazandırıb - 3:2.

Bu qrupun digər qarşılaşmasında "Crevena Zvezda" doğma meydan "Napoli" klubunu qəbul edib. Görüş qolsuz heç-heçə ilə başa çatıb.

A qrupunda yer alan son UEFA Avropa Liqasının qalibi "Atletiko Madrid" səfərdə Fransanın "Monako" klubunun qonağı olub. Oyunda hesabı meydan sahibləri 18-ci dəqiqədə açıblar. Samuel Gradsir fərqlənib. Buna baxmayaraq, Madrid təmsilçisi iki top vuraraq fasiləyə üstün yollanıblar. Dieqo Simyonenin yetirmələrinin heyətində Dieqo Kosta və Xose Gimenes fərqləniblər. İkinci hissədə qol olmayıb.

A qrupunun ikinci oyununda "Borussiya Dortmund" klubu isə səfərdə "Brügge" komandasının qonağı olub. Görüş qonaqların 1:0 qələbəsi ilə başa çatıb.

D qrupunda yer alan Türkiyənin bu turnirdə yeganə təmsilçisi "Qalatasaray" Rusiyanın "Lokomotiv" klubunu qəbul edib. Qarşılaşma türkiyəlilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunun 9-cu dəqiqəsində Qari Rodriqez, 67-ci dəqiqədə Eren Dərdiyok, 89-cu dəqiqədə Səlcuk İnan fərqləniblər.

Qrupun digər oyunu Almaniyada baş tutub. "Şalke" və "Portu" klubları üz-üzə gəliblər. Bu oyunda qalib müəyyənləşməyib - 1:1.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR