19 sen 13:26Oxunub: 80 |

Putin Kadırova milyardlıq şirkət BAĞIŞLADI

Putin Kadırova milyardlıq şirkət BAĞIŞLADI

Rusiya prezidenti Vladimir Putin Ramzan Kadırovun xahişini yerinə yetirib. Çeçenistan respublikasının rəhbəri Ramzan Kadırovun 2015-ci ildə etdiyi xahiş Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən yerinə yetirilib.

Emtv.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin "Çeçennefteximprom” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 100 faizinin Çeçenistan Respublikasına verilməsi barədə fərman imzalayıb.

Bununla da, Çeçenistanda yerləşən ən böyük neft-kimya sənaye kompleksi respublikanın tabeçiliyinə verilib.

Sözügedən ASC-yə isə 1113 neft və qaz quyuları, 11,6 min hektarlıq ərazi, iki neft emalı zavodu, təmir müəssisələri, neft hasilatı avadanlığı, dörd neft bazası və ümumi uzunluğu 500 kilometrdən çox olan boru xətləri məxsusdur.

Qeyd edək ki, Kadırov 2015-ci ilin sonunda Putinə müraciət edərək "Çeçennefteximprom”un Çeçenistana verilməsini xahiş etmişdi.

Seymur Rəhimov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 1210
XƏBƏR LENTİ

Reklam
Məzənnə