19 sen 12:24Oxunub: 73 |

“Qarabağın kimin olmasını Putin müəyyən edəcək?” – Rus mediasından intiriqa başlıqlı yazı və Ermənistanın cəzalandırılacağı haqda açıq anons

“Qarabağın kimin olmasını Putin müəyyən edəcək?” – Rus mediasından intiriqa başlıqlı yazı və Ermənistanın cəzalandırılacağı haqda açıq anons

Rusiyanın Rosbalt.ru portalında Rusiya-Azərbaycan, Rusiya-Ermənistan münasibətlərinə, o cümlədən Qarabağ probleminin həlli ilə bağlı həsr olunmuş “Qarabağın kimin olmasını Putin müəyyən edəcək?” intiriqalı başlığa malik məqalə dərc olunub. Məqalədə Rusiya-Ermənistan arasında ikitərəfli münasibətlərdə ciddi problemlərin yaşandığı qeyd olunsa da, bunun əksinə olaraq Rusiya-Azərbaycan arasında hərtərfli əlaqələrin dinamik inkişaf olunduğu öz əksini tapıb.

Emtv.az xəbər verir ki, məqalədə sentyabr ayında Rusiya prezidenti Putinin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla “qaynar məsələlər”lə bağlı ciddi müzakirələr apardığı qeyd olunur.

“Putinin Paşinyanla görüşündən fərqli olaraq, Azərbaycan prezidenti İlham Əliyevlə görüşü daha məhsuldar və konstruktiv keçdi. Görüşün nəticəsi olaraq Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin inkişafına xidmət edən 10-dan artıq sənəd imzalanıb. Hazırda Bakı və İrəvan Putinin səfərini gözləyir. Rusiya – Ermənistan münasibətlərində hərtərəfli böhran yaşandığı bir məqamda, Rusiya-Azərbaycan münasibətlərində intibah dövrü yaşanır. Rusiyanın Azərbaycana və onun prezidenti İlham Əliyevə olan münasibətlər tamamilə fərqlidir. Ekspertlər, siyasətçilər, KİV-lər birmənalı olaraq qeyd edirlər ki, Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq görünməmiş miqyas alıb. Bu özünü həm hər iki ölkə lideri arasındakı danışıqlarda, həm müasir Rusiya silahlarının Bakıya verilməsi ilə əlaqədar olaraq imzalanan çoxsaylı müqavilələrdə, enerji sahəsindəki qarşılıqlı əməkdaşlıqda, nəqliyyat, təhlükəsizlik, Xəzərin statusu ilə bağlı imzalanan Konvensiya və digər məsələlərdə özünü göstərməkdədir.

Ekspertlərdə artıq belə bir fikir formalaşıb ki, Rusiyanın Cənubi Qafqazda yeganə real və etibarlı tərəfdaşı, müttəfiqi Azərbaycan ola bilər. Və buna görə də Moskva Qarabağ münaqişəsinin həllinə nail ola bilər. Təbii ki, bu məsələ mütəmadi olaraq Putinlə İlham Əliyev və Nikol Paşinyan arasında müzakirə olunur. Qarabağ məsələsi təkcə Cənubi Qafqazın təhlükəsizliyi konteksində deyil, eyni zamanda bu region ilə birbaşa sərhədi olan Rusiya, Türkiyə və İranın da təhlükəsizliyi baxımından önəmlidir” – rosbalt.ru-nun məqaləsində belə yazılır.

Məqalədə qeyd olunub ki, Qarabağ münaqişəsinin danışıqlar yolu ilə tənzimlənməsi istiqamətində aparılan proses Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra faktiki olaraq dayandırılıb.

“Paşinyandan fərqli olaraq Serj Sərkisyan siyasi və diplomatik təcrübəyə malik olduğundan danışıqlarda daha maraqlı görünürdü. Bunun bariz nümunəsi kimi Paşinyanın Putinlə görüşündən sonra Dağlı Qarabağ ətrafındakı yeddi rayonun qondarma Dağlıq Qarabağ separatçı rejiminin (red: ifadə avropa.info-ya məxsusdur) ərazisi kimi təqdim etməsini göstərmək olar. Paşinyan Qarabağ məsələsində hər hansı güzəştə getməkdən imtina edir və sərt mövqe sərgiləyir. Təbbi olaraq Azərbaycan tərəfi də belə bir tələb və təklifləri qəbul etməyərək rədd edir. Bu bir daha göstərir ki, Moskva hələ də inqilabçı Paşinyanı təkcə Azərbaycanla bağlı məsələlərdə deyil, eyni zamanda daxili siyasət məsələsində də sakitləşdirə bilməyib. Belə ki, Paşinyan sabqi prezidentlərin və digrə yüksək çinli hərbi məmurların cinyət məsuliyyətinə cəlb olunamasına maneçilik yaradılmasında Moskvanı ittiham edir. Belə bir şəraitdə Putinin İrəvana səfəri reallaşacaq.”

Portalın təhlil yazısında qeyd edilir ki, əgər Putin İrəvanda Paşinyanı Qarabağ məsələsində güzəştlərə razı sala bilməsə, Kremlə yaxınlığı ilə seçilən şəxslərə qarşı siyasi təqiblərə son verilməsə , Rusiya biznesinə maneçilik yaradılarsa və bu qərbyönümlü sərmayə ilə əvəz olunarsa, o zaman Rusiya-Ermənistan arasındakı müttəfiqlik münasibətləri dondurulacaq.

“Bu o vaxta kimi olacaq ki, Ermənistan Rusiyanın strateji tərəfdaş olduğunu real formada anlamış olsun. Rusiya prezidenti İrəvana o məqsədlə səfər edir ki, Ermənistandakı daxili və xarici siyasətdəki xaosu durdursun. Moskva hesab edir ki, Paşinyan tərəfindən yürüdülən siyasət ümumiyyətlə bölgənin maraqlarına, o cümlədən Rusiyanın Cənubi Qafqazdakı təsirlərinə ciddi təhlükə yaradır. İrəvandan fərqli olaraq, digər ölkələr Rusiyanın Yaxın Şərqdəki regional təhlükəsizlik sisteminin gücləndirilməsindəki rolunu anlayırlar. Rəsmi Bakı başa düşür ki, bu proseslərin Qarabağ məsələsinə də təsiri var. Bu məsələlər Putinin İlham Əliyev və Ərdoğanla görüşündə, eyni zamanda qarşıda gözlənilən Rusiya-Azərbaycan-İran prezidentlərinin sammitində də müzakirə olacaq. Son dövrlərdə Moskva ilə Bakı arasındakı isti münasibətlərin yaranması, Rusiyanın Azərbaycana “stavka” etməsi Ermənistanı ciddi qıcıqlandırır. Moskva Bakı münasibətlərinin sürətlə inkişaf etməsinə baxmayaraq, Azərbaycan suverenliyini Rusiyanın maraqlarına qurban vermir. İrəvanda isə vəziyyət tamamilə fərqlidir və bunun əksinə fəaliyyət göstərir. Ona görə də Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq geniş geosiyasi sahələri də əhatə edir. Burada söhbət xüsusən də enerji, nəqliyyat, hərbi, texniki, humanitar sahəsində, həmçinin Xəzərdə yeni layihələrdə birgə iştirakdan gedir.”

Portal onu da yazır ki, Putinin Azərbaycana və Ermənistana səfəri hər iki ölkəni genişmiqyaslı hərbi təlimlərinin başa çatması dövrünü əhatə edir.
“Azərbaycan tərəfi keçirdiyi təlimlərdə tanklarla cəbhə xəttinin bir neçə istiqamətdən yararaq Ermənistanın işğal olunmuş ərazilərdə düşmənin canlı qüvvəsini, texnikasını, təmas xəttindəki qüvvələrini məhv edərək işğal altında olan torpaqları azad etmək hədəflərini icra edib. Ermənistan isə təlimlərdə Azərtbaycanla simvolik olaraq müharibə ssenarisini icra edib. Amma bu simvolikdir “- portalın təhlil yazısında belə qeyd olunub.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 1210
XƏBƏR LENTİ

Reklam
Məzənnə