17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
“Gənclər bağı”nda keçirilən növbəti iməcilikdə ağaclara aqrotexniki qulluq göstərilib
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun əməkdaşlarının və bir qrup gəncin iştirakı ilə Naxçıvan şəhəri yaxınlığında salınmış “Gənclər bağı”nda növbəti iməcilik keçirilib.
Emtv.az yerli KİV-ə xəbər verir ki, iməcilikdə əkilən müxtəlif meyvə növlərinə məxsus tinglər suvarılıb, ağaclara aqrotexniki qulluq göstərilib. Ərazi alaq otlarından təmizlənib.
Muxtar respublikanın bütün şəhər və rayonlarında belə iməciliklər keçirilib.
Qeyd edək ki, ekoloji tarazlığın qorunması, bu məqsədlə təbiətin zənginləşdirilməsi, yaşıllıqlara qulluq göstərilməsi muxtar respublikamızın bütün bölgələrində ardıcıl olaraq davam etdirilir. Əsasən, iməciliklər yolu ilə həyata keçirilən bu tədbirlərdə muxtar respublika gəncləri həvəslə iştirak edirlər.
İsmayil İsmayilov
Emtv.az