18 sen 12:36Oxunub: 58 |

Rus dili və ədəbiyyatı fənni üzrə respublika olimpiadası zona turunun qalibləri mükafatlandırılıblar

Rus dili və ədəbiyyatı fənni üzrə respublika olimpiadası zona turunun qalibləri mükafatlandırılıblar

Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə rus dili və ədəbiyyatı fənni üzrə VII-VIII sinif şagirdləri arasında keçirilən respublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turunun qaliblərinə mükafatlar təqdim olunub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu münasibətlə təşkil olunan tədbirdə Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin nümayəndələri və Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyinin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər. Naxçıvan MR Təhsil Nazirliyinin ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov çıxış edərək olimpiadanın təşkilinin əhəmiyyətindən danışıb.

Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin müşaviri, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Valentin Denisov qeyd edib ki, keçirilən olimpiadalar rus dili və ədəbiyyatının mənimsənilməsi və təbliği baxımından uğurlu nəticələr verməkdədir. O, bu istiqamətdə dövlətin göstərdiyi diqqət və qayğının təqdirəlayiq olduğunu bildirib. Diqqətə çatdırılıb ki, muxtar respublikada təhsilin inkişafının əsas göstəricilərindən biri də fənn olimpiadalarının təşkilidir.

Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin direktoru Samirə İsmayılova muxtar respublikada rus dilinin tədrisinə göstərilən qayğıdan danışıb. Təhsil ocağının müəllimi Ceyran İsmayılova və şagird Adil Seyidov təşkilatçılara minnətdarlıqlarını bildiriblər.

Sonra rus dili və ədəbiyyatı fənni üzrə VII-VIII sinif şagirdləri arasında keçirilən respublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turunun qaliblərinə diplom və mükafatlar təqdim olunub.

İsmayil İsmayil
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 1210
XƏBƏR LENTİ

Reklam
Məzənnə