SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT - Qadın ərinin sevgilisini bıçaqladı

17-09-2018, 14:20 | Oxunub: 5 907 |

Azərbaycanda DƏHŞƏTLİ CİNAYƏT - Qadın ərinin sevgilisini bıçaqladı

Füzuli rayonunda qadın qadını bıçaqlayıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə rayonun Fin şəhərciyində baş verib.

Ailəli olan kişi başqa bir qadınla sevgili olub və mütəmadi görüşüb.

Onun arvadı da bu hadisədən məlumatlı olub.

Ərini izləyən qadın onun başqa qadınla görüşdüyünün şahidi olub.

Onların birgə olduğu evə gələn qadın ərinin sevgilisinə çoxsaylı bıçaq zərbəsi vurub.

Yaralı olan qadın xəstəxanaya yerləşdirilib və onun həyatını xilas etmək mümkün olub.

Füzuli Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.

Şöbədən bildirilib ki, hadisə ailə məsələsi olduğu üçün adlar açıqlanmır.

Hazırda istintaq davam etdirilir.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR