SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Merkel Qarabağ münaqişəsinə görə Rusiyanı günahlandırdı

15-09-2018, 12:45 | Oxunub: 5 097 |

Merkel Qarabağ münaqişəsinə görə Rusiyanı günahlandırdı

Almaniya federal kansleri Angela Merkel Rusiyanı bir çox keçmiş sovet respublikalarında vəziyyətin destablizasiyasında günahlandırıb.


Emtv.az xəbər verir ki, kansler bu haqda Litvada dislokasiya olunmuş alman hərbçilərinin qarşısında çıxışı zamanı danışıb.

Merkel bildirib ki, Rusiya Ukrayna, Gürcüstan, Ermənistan, Moldova və Azərbaycanda vəziyyəti destablizə edir. “Biz görürük ki, mahiyyətcə Avropa İttifaqınn və NATO-nun tərkibinə daxil olmana bütün keçmiş sovet respublikaları Rusiyanın yaratdığı daxili münaqişələrlə qarşılaşıblar”-Almania hökumətinin başçısı belə deyib.

Merkel əlavə edib ki, bu gün bütün həmin dövlətlər öz ərazi bütövlüklərinin bərpası uğrunda mübarizə aparmaqla məşğuldur (hərçənd Almaniya kanslerinin bu sözlərinin Azərbaycan ərazilərinin işğalı hesabına öz ərazilərini genişləndirməyə can atan Ermənistana aid olması istisnadır-red.), çünki Rusiya onların ərazilərinin bir hissəsini ya ayırıb, ya da orada etnik münaqişə alovlandırıb.

Angela Merkel Litvaya səfər edərək üç Baltik respublikasının rəhbərləri ilə görüşüb. O bildirib ki, Litvada Rusiyanın apardığı hibrid müharibəyə qarşı yerləşdirilmiş NATO missiyası çərçivəsində 450 alman hərbçisi xidmət edir. Merkelin sözlərinə görə Bundesverin Litvada yerləşdirilmiş batalyonu Baltik ölkələri ilə Almaniyanın sıx münasibətlərinin simvoludur.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR