SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Memorandum imzalayıb

10-06-2015, 20:28 | Oxunub: 1325 |

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov Memorandum imzalayıb
Naxçıvan Muxtar Respublikası və İranın Şərqi Azərbaycan əyaləti İranın Təbriz və Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında qarşılıqlı əlaqələrin inkişafına dair anlaşma memorandumu imzalanıb.
Bu barədə “EMTV.az” Mehr agentliyinə istinadən xəbər verir.
Sənəd 12 bənddən ibarətdir. Memorandumu Şərqi Azərbaycan əyaləti ostandarı İsmail Cabbarzadə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov imzalayıblar.
Memorandum kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, eləcə də Naxçıvana İranın Şərqi Azərbaycan əyalətində istehsal olunan məhsullarının ixracı ilə bağlı niyyətini özündə əks etdirir.

Tərəflər həmçinin texniki və mühəndislik xidmətləri, səhiyyə və turizm sahəsində əməkdaşlığın genişləndirilməsi və sair məsələlər üzrə razılığa gəliblər.

Xatırladaq ki, Vasif Talıbov ikitərəfli münasibətlərin inkişafı məsələlərini müzakirə etmək üçün çərşənbə axşamı Təbrizdə gəlib. O burada bir sıra rəsmi şəxslərlə görüşlər keçirəcək.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR