17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
"Saxla" əmrinə tabe olmayan sərxoş sürücü maşınla polisi vurdu - Şabranda
Şabranda "saxla” əmrinə tabe olmayan sərxoş sürücü avtomobillə yol polisi əməkdaşını vurub.
Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Şabran rayon Dövlət Yol Polisi bölməsinin inspektoru, 1981-ci il təvəllüdlü Kənan Əliyev "VAZ-2107” markalı avtomobilin sürücüsü, 1975-ci il təvəllüdlü Məmməd Heydərova "saxla” əmri verib.
M.Heydərov əmrə tabe olmayaraq nəqliyyat vasitəsi ilə yol polisi inspektorunu vurub. K.Əliyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Sürücü saxlanılan zaman onun sərxoş vəziyyətdə avtomobil idarə etdiyi məlum olub.
Faktla bağlı araşdırma aparılır.
İsmayil İsmayilov
Emtv.az