SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Rusiyaya toya gedən qohumunun evini yardı - Qızılları satmağa macal tapmayan oğrular DANIŞDILAR

14-09-2018, 11:08 | Oxunub: 7 220 |

Rusiyaya toya gedən qohumunun evini yardı - Qızılları satmağa macal tapmayan oğrular DANIŞDILAR

Qohumunun Rusiyaya toya getməsindən istifadə edən paytaxt sakini dostu ilə əlbir olaraq onun evinə girib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində qeydə alınıb.

Binə qəsəbəsi sakini Hakim Quliyev DİN-in 102 qaynar xəttinə zəng edərək bildirib ki, avqustun 30-dan sentyabrın 4-dək ölkədə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər evinə daxil olaraq 8.600 manat nağd pulunu və 2.500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıblar.

Xəzər RPİ əməliyyatçıları dərhal tədbirlərə başlayıblar. Cinayəti törətməkdə şübhəli bilinərək saxlanılan şəxslər istintaqa təhvil veriliblər.

Saxlanılan Tural Abdullayev zərərçəkənin qohumu olduğunu deyib. Hakim Quliyevin Rusiyanın Rostov şəhərinə getdiyini bilən Tural onunla eyni qəsəbədə yaşayan Əsəd Cavadovla plan quraraq cinayəti törədib.

"Evin içinə daxil olmuşuq, qızılı, pulu götürüb oradan uzaqlaşmışıq. Ev yiyəsi bacımın yoldaşının qardaşıdır".

Əsəd Cavadov - Saxlanılan şəxs: "Sobanın içindən tapdı pulnan qızılları. Pulun 2.300 manatını mənə verdi. Qızıllardan da üzüklə boyunbağı verdi.

Saxlanılan şəxslər pulun bir qismini xərclədiklərini bildiriblər. Qızılları satmağa isə vaxt tapmayıblar. Zinət əşyaları və oğurluq pulun qalan hissəsi onlardan götürülərək sahibinə qaytarılıb.

Faktla bağlı Xəzər RPİ-də açılan cinayət işi üzrə araşdırmalar davam etdirilir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR