14 sen 10:15Oxunub: 51 |

Maradona Meksika klubunda nə qədər qazanacaq?

Maradona Meksika klubunda nə qədər qazanacaq?

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın Meksikanın "Dorados de Sinaloa" klubunun baş məşqçisi vəzifəsində qazancı məlum olub.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, Maradona 1,7 milyon avro qazanacaq. O, bu qazancı 11 ay ərzində əldə edəcək. Əgər klub Meksikanın birinci divizionuna çıxsa, 57 yaşlı mütəxəssislə müqavilənin müddəti artırılacaq.

Qeyd edək ki, Dieqo Maradona bir neçə gün əvvəl Meksikanın "Dorados de Sinaloa" klubunun baş məşqçisi təyin edilib. Klub ikinci divizionda çıxış edir. Cari birincilikdə komanda altı oyundan sonra 13-cü yeri tutur.

Maradonanın məşqçi kimi axırıncı iş yeri BƏƏ-nin "Əl-Fuceyrə" klubu olub.

İsmayil İsmayil
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 918
XƏBƏR LENTİ

Reklam
Məzənnə