14 sen 09:49Oxunub: 71 |

Ermənistan Azərbaycana müharibə elan etdi - İkinci Qarabağ savaşı başlaya bilərmi?

Ermənistan Azərbaycana müharibə elan etdi - İkinci Qarabağ savaşı başlaya bilərmi?

Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Ermənistan parlamenti özünün fövqəladə yığıncağında Azərbaycana rəsmən müharibə elan edilməsi barədə qərar verib. Azərbaycan Ermənistana hansı cavabı verməlidir? Gözlənilən müharibə başlaya bilərmi?

Emtv.az xəbər verir ki, bununla bağlı açıqlama verən Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Ermənistan bizə şərti olaraq müharibə elan edib: “Hər zaman təlimlərdə bütün strukturlar və nazirliklər cəlb olunurlar. Elə şərait yaratmağa çalışırlar ki guya Ermənistan Azərbaycana müharibə elan edib. Sonra həmən bölgədə bütün ola biləcək hadisələr qiymətləndirilir. Yarana biləcək vəziyyətlərə görə planlar qurulur. Planlara rəhbərlik baxdıqdan sonra təsdiqləyir. Əslində bu gözlənilməyən bir hal deyil. Paşinyan hakimiyyətə gələndən sonra onun Qarabağla bağlı mövqeyi daha da sərtləşib. O, Dövlətin birinci şəxsi kimi işğalçı qüvvələrin tərkibinə öz oğlunu göndərdi. Paşinyan küçə hərakatı ilə hakimiyyətə gəlib. Elə küçə adamı kimi də addımlar atır. Cəmiyyətdəki narazıçılığın qarşısını almaq üçün o, pafozlu çıxışlar edir. Bilirsiniz ki, erməni analar istəmir ki, uşaqları Qarabağda hərbi xidmət çəksin. O, analar hara getsələr deyiləcək ki, sizin oğlunuz Paşinyanın oğlundan artıqdır. Bilirsiniz ki, Paşinyanın oğlu ilə yanaşı müdafiə nazirin oğlu da Qarabağda hərbi xidmət çəkir”.

Şair Ramaldanov vurğulayıb ki, Paşinyan hakimiyyətə gəlmək üçün verdiyi vədlərin heç birini yerinə yetirə bilmədi: “Belə olan halda da o, əlindəki tək kart olan Qarabağdan istifadə edir. Digər istiqamətlərdə əldə etmədiyi uğuru Qarabağda əldə etmək istəyir. Onun hər zaman işlətdiyi söz Azərbaycan güzəştdə getməsə bizdə getmyəcəyik. Bəyəm Azərbaycanın bu 25 il ermənilərə müharibə elan etməməyi güzəşt deyilmi. Paşinyan o qədər harınlayıb ki, ayağının altını görmür. Yersiz açıqlamalar verir. Artıq müharribə barıtının qoxusu gəlir. Çünki onlar müharibədən başqa yol qoymayıblar. Cənab prezidentimiz, ali baş komandanımız onun layiqli cavabını verib. Ali baş komandanımız bildirib ki, belə olan halda bütün məsuliyyət ermənistanın üzərinə düşür. Bu da o deməkdir ki, Azərbaycan hər an öz torpaqlarını güc yolla işğaldan azad etməyə başlaya bilər. Təbii ki, Ermənistan da bu açıqlamaya cavab olaraq təlimlər yolu ilə öz ehtiyatını tutmaq istəyir. Müharibə hər zaman gözlənilməz olur. Azərbaycan Silahlı Qüvvələri bütün istiqamətlərdə lazımı tədbirlər görməkdədir. Biz keçirilən təlimlərdə bu ssenarini işləyirik. Amma məncə müharibəyə müharibə ilə cavab vermək düzgün deyil”.

Seymur Rəhimov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 917
XƏBƏR LENTİ

Reklam
Məzənnə