14 sen 09:44Oxunub: 49 |

“Mançester Siti” rekord məbləğdə gəlir əldə edib

“Mançester Siti” rekord məbləğdə gəlir əldə edib

İngiltərənin “Mançester Siti” klubu 2017-2018 mövsümündəki gəlirlərinə dair hesabat təqdim edib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, klubun rekord məbləğdə - 505,5 milyon funt-sterlinq qazandığı bildirilir.

Klubun təmiz qazancı 10,4 milyon funt təşkil edib. Son 5 ildə gəlirlər 44 faiz artıb.

Bu, teleyayım hüquqlarının satışı, Çempionlar Liqasındakı irəliləyiş və daha əlverişli sponsor müqavilələri ilə əlaqədardır.

Qeyd edək ki, ötən mövsüm “Mançester Siti” İngiltərə çempionu olub. Hazırda komanda 4 turdan sonra 10 xalla 4-cü yeri tutur.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 917
XƏBƏR LENTİ

Reklam
Məzənnə