14 sen 09:04Oxunub: 43 |

Naxçıvan məhsulları “KazBuild” sərgisində

Naxçıvan məhsulları “KazBuild” sərgisində

Qazaxıstanın Almatı şəhərində keçirilən “KazBuild 2018” inşaat və tikinti materialları sərgisində muxtar respublikada istehsal edilən məhsullar da nümayiş olunub.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, həmin məhsullardan panel və alüminium radiatorlar, qapı-pəncərə profilləri, müxtəlifölçülü plastik borular və fitinqlər sərgi iştirakçılarının diqqətini daha çox cəlb edib.

Sərgi çərçivəsində Azərbaycanın, o cümlədən muxtar respublikanın inşaat və tikinti şirkətlərinin nümayəndələri xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, potensial müştərilərlə məhsulların ixracına dair müzakirələr aparıb, əhəmiyyətli nəticələr əldə ediblər.

Qeyd edək ki, “KazBuild 2018” sərgisi Azərbaycan inşaat və tikinti materialları məhsullarının “Made in Azerbaijan” vahid ölkə stendində təqdim olunduğu ilk beynəlxalq sərgidir. Bu il sərgidə 25 ölkədən 288 inşaat şirkəti iştirak edib.

İsmayil İsmayil
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 918
XƏBƏR LENTİ

Reklam
Məzənnə