14 sen 08:41Oxunub: 47 |

Dəhşətli HADİSƏ - Pedikür etdirən qızın barmaqlarını kəsdilər

Dəhşətli HADİSƏ - Pedikür etdirən qızın barmaqlarını kəsdilər

Avstraliya sakini Taylanddakı kurortlardan birinə səfəri zamanı "balıq pedikürü" adlı ekzotik spa prosedurundan istifadə etmək qərarına gəlib. Bu prosedur onu sağ ayağının bütün barmaqlarından məhrum edib.

Emtv.az xarici KİV-ə istinadla xəbər verir ki, bununla bağlı "Metro" nəşri məlumat yayıb.

Hadisə 2010-cu ildə baş verib. Bu hadisədən dörd il əvvəl, 2006-cı ildə qızın sağ ayağının bir barmağı artıq amputasiya edilibmiş.

Taylanddakı prosedur zamanı qız ayağını xüsusi balıqlar olan akvariuma salıb.

Daha sonra məlum olub ki, qızın ayağına mikrob düşüb.

Buna səbəb akvariumdakı çirkli su olub.

Avstraliyanın Pert şəhərinə qayıdan qız özünü pis hiss edib.

Xəstəxanaya aparılan qızın sağ ayağının qalan dörd barmağı da amputasiya edilib.

Əməliyyatdan sonra qız "Instagram" hesabı açıb və insanları ekzotik prosedurların təhlükəsi ilə bağlı xəbərdar edib.

Seymur Rəhimov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 918
XƏBƏR LENTİ

Reklam
Məzənnə