14 sen 08:38Oxunub: 137 |

Azərbaycanda DƏHŞƏTLİ OLAY: 21 yaşlı oğlanın qulağını kəsdilər

Azərbaycanda DƏHŞƏTLİ OLAY: 21 yaşlı oğlanın qulağını kəsdilər

Tovuz rayonunda baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, Alakol kəndində “Abidə” adlanan ərazidəki kafenin qarşısında kənd sakini, 42 yaşlı Azər Məmmədovla 21 yaşlı Elşən Ələsgərovun müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən hadisə mübahisə zəminində baş verib.

Belə ki, Şəmkirdən həmin kəndə köçən E.Ələsgərov yerli sakinlərin onu ələ salmasına dözməyərək mübahisə edib.

Mübahisə zəminində A.Məmmədov Elşəni döyüb, həmçinin bıçaqla qulağının bir hissəsini kəsib.

Buna dözməyən E.Ələsgərov evə qaçaraq bıçaq gətirib və qulağını kəsən şəxsə çoxsaylı zərbələr endirib.

Hazırda hər iki şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasında müalicə olunur.

Həkimlər E.Ələsgərovun vəziyyətinin stabil, A.Məmmədovun isə ağır olduğunu bildiriblər.

Araşdırma aparılır.

İsmayil İsmayilov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 918
XƏBƏR LENTİ

Reklam
Məzənnə