SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Musiqili Teatrın 4 aylıq repertuar planı təsdiqləndi

14-09-2018, 07:42 | Oxunub: 7 988 |

Musiqili Teatrın 4 aylıq repertuar planı təsdiqləndi

Azərbaycan Dövlət Musiqili Teatrı 109-cu mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb.

Emtv.az xəbər verir ki bu barədə, qurumun mətbuat xidmətindən bildirilib ki, teatrın Bədii Şurası 2018-ci ilin sonuna qədər olan müddət üçün Musiqili Teatrın repertuar və iş planını təsdiqləyib. Bu müddət ərzində teatrda təqribən 30 tamaşanın 60 dəfəyə yaxın nümayiş etdirilməsi nəzərdə tutulur.

Yeni teatr mövsümünün açılışı 22 sentyabr saat 19:00-da dahi Üzeyir Hacıbəylinin ölməz sənət əsəri – “Arşın mal alan”la başlayacaq.

Qarşıdakı dörd ay ərzində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, Xalq artisti, “Şöhrət” ordenli Afaq Bəşirqızı, Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Novruz Qartal, Boris Qrafkin, Çingiz Əhmədov, Əzizağa Əzizov, Ələkbər Əliyev, Almaz Ələsgərli, Nahidə Orucova, Əkbər Əlizadə, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Svetlana Bulax, Anton Ferştandt, aktyorlar Gülcahan Salamova, Nadir Xasıyev, Elçin İmanov, Gülnarə Abdullayeva, Nadejda Povelitsina, Firus Məmmədov, Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Ülviyyə Əliyeva, Emil Heydərov, Elnarə Nağdəliyeva, Mehriban Zalıyeva, Gültac və Hüseyn Əlililər, Əliməmməd Novruzov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova, Telnaz Hüseynova, Güldanə Əzimova, Yuliya Heydərova, Gülçöhrə Abdullayeva, Gülnarə Əzizova, gənc aktyorlar Əmrah Dadaşov, Eleanora Mustafayeva, Eleanora Mehdiyeva, Aydan Həsənova, Səmədzadə Xasıyev, Nicat Əli, Elməddin Dadaşov, Ruslan Mürsəlov, Rauf Babayev, Şaban Cəfərov, Nigar Qarayeva, Fərid Rzayev, Türkel Tariqpeyma eləcə də, kiçik yaşlı aktyorlar Atilla Məmmədov, Rahib Məmmədzadə, Hüseyn Nağıyev və başqalarının iştirakı ilə “Ər və arvad”, “O olmasın, bu olsun”, “Arşın mal alan” (Ü. Hacıbəyli), “Nuri-didə Ceyhun” (Əli Əmirli), “Mənim günahım” (İ.Əfəndiyev, Q.Qarayev), “Mən dəyərəm min cavana” (T.Vəliyeva, F.Sücəddinov), “Bankir adaxlı” (T.Vəliyeva, E.Sabitoğlu), “Qızıl toy” (O.Kazımi, R.Heydər), “Baladadaşın toy hamamı” (Elçin), “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, tərcümə edən D.Mustafayev), “Toya bir gün qalmış” (Ə.Səmədli), “Qodonun intizarında” (F.Qarayev, S.Bekket), “999-cu gecə” (F.Əmirovun musiqiləri və Min bir gecə nağıllarının motivləri əsasında), “Hacı Qara” (M.F.Axundzadə), “Amerikalı kürəkən” (R.Mirişli, M.Haqverdiyev), “Kimdir müqəssir?” (Ə.Haqverdiyev), “Talelər qovuşanda” (R.Hacıyev) və s. tamaşaları izləyə biləcəklər. Habelə rusdilli tamaşaçılar üçün “Silva” (İ.Kalman), “Qafqazlı qardaşqızı” (R.Hacıyev), “Qızıl Cücə” (V.Ulanovski, V.Orlov) tamaşaları nümayiş olunacaq.

Teatr kollektivi həmişə olduğu kimi, balaca teatrsevərləri də diqqətdə saxlayır və onların zövqlərini oxşayan “Bremen musiqiçiləri və Pen” (C.Barri, Qrimm qardaşları), “Meşə çaqqalsız olmaz” (Ə.Səmədli), “Qırmızı papaq” (E.Sabitoğlu, Y.Şvarts), “Dəcəl çəpişlər” (O.Zülfüqarov, R.Heydər), “Yatmış gözəl və cırtdanlar” (Ş.Pero, səhnələşdirən A.Sadıqov), habelə rus dillində “Qızıl cücə” (V.Ulanovski, V.Orlov), “Düyməcik” (H.K.Andersen), “Qoğalın macəraları” (Rus xalq nağılı) və başqa tamaşaları nümayiş etdirəcək.

Qeyd edək ki, yaxın günlərdə teatrın rus truppasının aktyorlarının hazırladığı “Bir dəfə Bağdadda” (E.Sabitoğlu, V.Kolmanovski) tamaşasının premyerası nəzərdə tutulur.

Bundan başqa, 4 ay ərzində Musiqili Teatrda bir çox beynəlxalq layihələrin həyata keçirilməsi və tamaşaçı auditoriyası ilə dəyirmi masa ətrafında söhbətlər, görüşlər, sənət ustalarının yubiley və anım günlərinin keçirilməsi də planlaşdırılır.

Bəli, Musiqili Teatrda yeni mövsüm başlayır. Teatrın bir-birindən maraqlı tamaşalarına baxmaq istəyirsinizsə, afişaları izləyin.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR