13 sen 11:27Oxunub: 36 |

UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçiriləcək?

UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçiriləcək?

“UEFA Çempionlar Liqasının (ÇL) finalının Avropadan kənarda keçirilməsi məsələsi hazırda müzakirə edilmir”

Emtv.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Ceferin qitənin ən nüfuzlu klub turnirinin final görüşünün ABŞ-ın Nyu-York şəhərində keçiriləcəyi ilə bağlı iddialara cavab verərkən deyib. O, qurumun hazırda belə bir niyyəti olmadığını söyləyib: “Turnirin finalını Avropa ölkələrində keçiririk. 2021-ci il finalı üçün ölkə və stadion müəyyənləşdirməmişik. Ancaq hazırda ÇL finalının Avropadan kənarda keçirilməsini müzakirə etmirik”.

Qeyd edək ki, ÇL-in finalı 2019-cu ildə İspaniyanın paytaxtı Madriddə “Vanda Metropolitano”, 2020-ci ildə isə Türkiyənin İstanbul şəhərindəki “Atatürk Olimpiya Stadionu”nda keçiriləcək. 2019-cu il Avropa Liqasının finalı isə Bakı Olimpiya Stadionunda oynanılacaq.

Seymur Rəhimov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Əziz və Dəyərli Qızım ƏSMA! - Faiq ƏHMƏDOV
Oxunub: 917
XƏBƏR LENTİ

Reklam
Məzənnə