SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

11 mafiya başçısı tutuldu

4-08-2015, 12:31 | Oxunub: 288 |

11 mafiya başçısı tutuldu
Siciliya polisi 11 mafiya başçısını saxlayıb. Saxlanılanlar 1993-cü ildən axtarışda olan Koza Nostra italiya mafiyasının başçısı Matteo Messina Denaro ilə bağlılıqda şübhəli bilinirlər.

İtaliya polisi 2012-ci ildən Siciliyanın cənub-qərbində yerləşən fermalardan birini izləyib. Burada Denaronun müraciətini cinayət aləminə çatdırmaq üçün mafiya başçıları toplaşırmışlar.

"EMTV.az" xəbər verir ki, polisin məlumatına görə, mafiya başçıları liderlərinin hüquq-mühafizə orqanlarının əməkdaşlarından gizlənə bilmək üçün ona kömək edib və Denaronun əmrlərini yerinə yetiriblər.

Polis fermaya toplaşan mafiya başçılarını dinləyə bilmək üçün ən yüksək texnologiyadan istifadə edib.

53 yaşlı Denaronun ləqəbi “Dyabolik”dir (Şeytani). O, ən azı 50 nəfərin ölümündə təqsirli bilinir. Cinayət aləmində onun haqqında belə deyirlər: “Bütün qəbirstanlığı mən tək doldurmuşam”.

Mafiya başçısı Denaro 1993-cü ildən axtarışdadır və Forbes jurnalının vesiyasına görə, o, dünyada axtarışda olan ilk on mafiya başçısı arasındadır.

2006-cı ildə Siciliya mafiyasının liderlərindən biri Bernardo Provenzano həbs edilərkən etiraf etmişdi ki, Denaro Koza Nostra mafiyasının rəhbəridir.

2010-cu ildə polisin keçirdiyi genişmiqyaslı əməliyyat zamanı “Xaç atası”na bağlı 19 şübhəli saxlanılmışdı. İtaliya polisi 2014-cü ildə isə əməliyyat keçirirək mafiya başçılarının tarixi məkanlarından “beyin mərkəzlərini” dağıtmışdı.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR