SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

2 uşaq atasından DƏHŞƏTLİ CİNAYƏT - Sevgilisini öncə döyüb sonra da boğaraq...

12-09-2018, 09:47 | Oxunub: 8 981 |

2 uşaq atasından DƏHŞƏTLİ CİNAYƏT - Sevgilisini öncə döyüb sonra da boğaraq...

Bakıda qeyri-rəsmi münasibətdə olduğu Gülnarə Sadıqovanı öldürməkdə təqsirli bilinən 1968-ci il təvəllüdlü Fərhad Şaqalıyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Emtv.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Fərhad Şaqalıyevin apelyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Fərhad Şaqalıyev barəsində bəraət hökmünün çıxarılımasını istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Şaqalıyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, 2017-ci il oktyabrın 25-də Sabunçu rayonu, Bakıxanov qəsəbəsində paytaxt sakini Fərhad Şaqalıyev qeyri-rəsmi nikah münasibətlərində olduğu 1982-ci il təvəllüdlü Gülnarə Sadıqovanı boğaraq öldürüb. Hadisə vaxtı o, sərxoş olub.

Bir müddət əvvəl o, tanış olduğu Şamaxı sakini Gülnarə Sadıqova ilə sevgili həyatı yaşamağa başlayıb və Bakıxanov qəsəbəsində kirayə mənzil tutub. Ailəli, 2 uşaq atası olan Fərhad tez-tez həmin mənzildə sevgilisi ilə görüşüb.

Lakin qadın sevgilisinin onunla daha çox vaxt keçirməsini, ona daha çox diqqət ayırmasını tələb edib. Bu səbəbdən onların arasında tez-tez münaqişələr yaşanıb. Növbəti dəfə eyni mövzuda mübahisə zamanı Fərhad Şaqalıyev sevgilisini döyüb. Yerə yıxılan qadının söyüş söydüyünü görən kişi ayağını onun boğazına dirəyərək boğub. Hadisə Gülnarə Sadıqovanın azyaşlı oğlunun gözü qarşısında baş verib.

Qətldən sonra Fərhad Şaqalıyev azyaşlı uşağı da götürərək Sabunçu rayon Polis idarəsinə gəlib. O, könüllü təslim olaraq törətdiyi hadisə barədə məlumat verib.

Məlum olub ki, Fərhad Gülnarənin 3-cü həyat yoldaşıdır. Hadisəni törədən Fərhad Şaqalıyev isə kiçik sahibkardır.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR