17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
İranda 1 ton 800 kiloqram narkotik maddə müsadirə edilib
İranın Sistan-Bəlucistan bölgəsində polisin həyata keçirdiyi əməliyyat nəticəsində 1 ton 800 kiloqram narkotik maddə ələ keçirilib.
Emtv.az regionun polis rəisi general Məhəmməd Qənbəriyə istinadla xəbər verir ki, daxil olan operativ məlumatdan sonra polis əməkdaşları bölgədəki İranşəhr şəhərinə gələn yollarda axtarış-əməliyyat tədbirləri keçirib.
Nəticədə şəhərə daxil olmaq istəyən avtomobilin birində 1 ton, digərində isə 800 kiloqram narkotik maddə aşkar edilərək müsadirə olunub. Hazırda araşdırma aparılır və polis narkotik maddənin alıcısını yaxalamağa çalışır.
Xatırladaq ki, İranın ən böyük regionu olan Sistan-Bəlucistan bölgəsi Əfqanıstan və Pakistan ilə sərhəddə yerləşir.
Qaçaqmalçılar bu bölgədən tranzit kimi istifadə edərək narkotik maddələri İrana, buradan isə Türkiyə və Avropa ölkələrinə daşımağa çalışırlar.
Lakin İran polisi ciddi cəhdlər göstərərək narkotik maddələrin qaçaqmalçılığının qarşısını almağa çalışır.
Aynurə Kərimova,
Emtv.az
Paylaş: