SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“İdlibdə atılacaq yanlış addımlara…” – gücümüz yetməz - Ərdoğan

7-09-2018, 18:15 | Oxunub: 7 575 |

“İdlibdə atılacaq yanlış addımlara…” –  gücümüz yetməz - Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Suriyada siyasi nizamlanma üzrə Astana prosesi çərçivəsində bu ölkədə atəşkəsə qarant ölkələr olaraq Türkiyə, Rusiya və İran liderlərinin Suriya böhranına həsr edilən üçtərəfli sammitindən sonra keçirilən mətbuat konfransında İdlibə dair önəmli açıqlamalar verib.

Emtv.az xəbər verir ki, Türkiyə prezidenti İdlib probleminin Astana sammitinin ruhuna sadiq olaraq həll edilməsinin vacibliyini söyləyib.

Ərdoğanın sözlərinə görə, bu toplantılar Suriyada gəlinən nöqtənin hesabını aparmaq və irəliyə yönəlmiş addımların təsbiti baxımından önəmli fürsətlər verməkdədir: “Biz başqaları kimi geriyə söykənib, yanğını seyr etmək yerinə onu söndürməyin yollarını axtarıb, bunun üçün əlimizdən gələni edirik.”

Türkiyə prezidenti böyük faciələr yaşamış İdlib xalqının yeni fəlakətlərə məruz qalmasını arzu etmədiklərini deyib: “İdlib məsələsi yeni gərginliklərə, yeni sıxıntılara macal vermədən Astana sammitinin ruhuna sadiq olaraq həll edilməlidir”.

Ərdoğan qeyd edib ki, yaxın günlərdə 3 qarant ölkənin təmsilçiləri BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi ilə Cenevrədə yenidən bir araya gələcəklər.

“İdlib, demək olar ki, bütün Suriyanın kiçik bir modeli mövqeyindədir. Burada atılacaq yanlış addımların mənfi nəticələri hər tərəfdə hiss ediləcək” – deyə, Türkiyə preizdenti bildirib.

Ərdoğan 3,5 milyon suriyalı qaçqına sığınacaq verdiklərini deyib: İdlibin hal-hazırda əhalisi 3,5 milyondur. Daha 3,5 milyon insana sığınacaq verməyə gücümüz də yetməz. Bu anda atacağımız addım birlikdə buradan (İdlib) ola biləcək qaçqın axınına mane olmaqdır”.

Sevinc Əlimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR