04 avq 10:55Oxunub: 404 |

Gəncədə kütləvi dava

Gəncədə  kütləvi dava
"EMTV.az" APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə şəhərin Nizami küçəsində qeydə alınıb.

Bir neçə nəfərdən ibarət iki qrupun dalaşması nəticəsində Gəncə şəhər sakini, 1985-ci il təvəllüdlü Niyaməddin Nağı oğlu Zeynalov bıçaqlanaraq qətlə yetirilib.

Gəncə şəhər sakini, 1986-cı il təvəllüdlü Cəlal Elşən oğlu Abdullayev isə qarının kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb.

Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Davada bir neçə nəfərin də yüngül xəsarət alaraq xəstəxanaya müraciət etdiyi deyilir.

Davanın səbəbləri və neçə nəfərin iştirak etdiyi hələlik dəqiq bilinmir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
Rektorun səfir oğlu Anar Məhərrəmov
Rektorun səfir oğlu Anar Məhərrəmov "Diplomatik möhür altında tütün və çaxır alveri ilə məşğuldur"
Oxunub: 1238
XƏBƏR LENTİ

Reklam
Məzənnə