17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Ukraynada maskalı adamlar sürücüyə hücum ediblər
Ukraynanın Xarkov vilayətinin İzümski Şəhər Məhkəməsi düz yolun ortasında quldurcasına basqın təşkil edən bir Ukrayna və dörd Azərbaycan vətəndaşı barəsində həbs qərarı çıxarıb.
Emtv.az xəbər verir ki, Xarkov Vilayət Prokurorluğu bu barədə məlumat yayıb.
Hadisə iyunun 9-da İzümski rayonunun Oskol kəndi yaxınlığında baş verib.
Qarətçilər "Opel" markalı avtomobil ilə hərəkətdə olarkən, "Şkoda" ilə süni qəza törədiblər.
"Şkoda"nın sürücüsü maşından çıxanda isə bir neçə maskalı kişi hücum edərək onu döyüb.
Sürücü huşunu itirdikdən sonra isə onlar maşından 55 min dollar götürüblər.
Maskalılar daha sonra öz maşınlarını meşəlik əraziyə apararaq yandırıblar.
Faktla bağlı "zorakılıqla müşahidə olunan quldurluq" maddəsi üzrə cinayət işi davam edir.
İndi hadisəni törədən şəxsləri əmlakları müsadirə olunmaq şərti ilə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir.
İsmayil İsmayilov
Emtv.az