SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

İlham Əliyevin "Azərenerji"yə prezident təyin etdiyi Balababa Rzayev kimdir? - DOSYE

5-09-2018, 09:33 | Oxunub: 9 224 |

İlham Əliyevin "Azərenerji"yə prezident təyin etdiyi Balababa Rzayev kimdir? - DOSYE

Prezident İlham Əliyevin bu gün sentyabrın 4-də imzaladığı sərəncamla Balababa Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilib.

Emtv.az yerli KİV-ə istinadən Balababa Rzayevin tərcümeyi-halını təqdim edir.

Rzayev Balababa Hüseynağa oğlu 10 iyun 1957-ci ildə Bakışəhəri Zirə qəsəbəsində fəhlə ailəsində anadan olub.

1964-1974-cü illərdə Bakı şəhəri 120 №-li orta məktəbə daxil olub və 168 №-li orta məktəbi bitirərək 1974-cü ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) energetika fakültəsinin əyani şöbəsinə qəbul olunub.

1979-cu ildə bu institutu bitirərək “Elektrik şəbəkə və sistemləri” ixtisası üzrə mühəndis-elektrik ixtisasına yiyələnib.

4 sentyabr 1979-cu ildən «Melorasiya və Su Təsərrüfatı» Nazirliyinin «Abşeron Mexaniki Suvarma» İdarəsinə mühəndis-elektrik vəzifəsinə təyin edilib.

17 dekabr 1979-cu ildən «Azərsənayeelektrikquraşdırma» trestinin 1 №-li Bakı Elektrik Quraşdırma İdarəsinə mühəndis-elektrik, usta (10.1980-02.1981), iş icraçısı (02.1981-04.1985), sahə rəisi (02.1985-07.1986), baş mühəndis (07.1986-04.1988), idarə rəisi (04.1988-05.1998) vəzifələrində işləyib.

1998-ci ildə bu müəssisə Səhmdar Cəmiyyətə - «Bakıelektro» ATSC-yə çevrildikdən sonra 10 avqust 2006-cı il tarixinədək İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

10 avqust 2006-cı il tarixdə «Bakıelektrikşəbəkə» ASC İdarə Heyəti sədri vəzifəsinə təyin olunub və B.Rzayevin rəhbərliyi dövründə Bakı şəhərinin elektrik şəbəkəsi müasir texnalogiyalar tətbiq olunmaqla beynəlxalq standartlara uyğun tamamilə yenidən qurulub.

Azərbaycan Prezidentinin 10 fevral 2015-ci il tarixli, 1046 saylı sərəncamına əsasən «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.

Ölkə başçısının 10 avqust 2016-cı il tarixli sərəncamı ilə «Əməkdar mühəndis» adına layiq görülüb, 2017-ci ilin yanvar ayında Müstəqil Dövlətlər Birliyinin “Əməkdar mühəndisi” fəxri adı verilib.

Azərbaycan Prezidentinin 9 iyun 2017-ci il tarixli sərəncamı ilə ölkənin energetika sisteminin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” orden ilə təltif olunub.

2015-2018-ci illərdə “Azərişıq” ASC-nin sədri olduğu müddətdə ölkə Prezidentinin qarşıya qoyduğu strateji xəttə uyğun olaraq respublikanın regionlarında 100-dən artıq yarımstansiyanın tikilib yenidən qurulmasına, 1000-dən artıq qəsəbə və kəndlərin elektrik şəbəkəsinin yenilənməsinə nail olunub.

2015-ci ildə "Azərişıq" ASC təhvil alınarkən texniki itkilər 15-20 faiz olduğu halda, 2018-ci ildə 8-10 faizə endirilib, “Azərişıq” ASC-nin bütün xidmətləri “ASAN Kommunal və ASAN Xidmət” mərkəzlərinə transfer olunub.

2018-ci ilin 4 sentyabr tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə B.Rzayev “Azərenerji” ASC-nin prezidenti təyin edilib.

Аiləlidir, iki övladı - bir qızı, bir oğlu, dörd nəvəsi var.

Seymur Rəhimov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR