04 sen 14:45Oxunub: 447 |

Türkiyə və Rusiya ABŞ-a BÖYÜK ZƏRBƏ vurdu...

Türkiyə və Rusiya ABŞ-a BÖYÜK ZƏRBƏ vurdu...

Rusiya ilə Türkiyə birgə ticarətdə dollardan imtina edəcək.

Emtv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Naziri Denis Manturov "Sputnik" nəşrinə verdiyi müsahibəsində deyib.

O, rus avtomobil istehsalçısı şirkətlərin Türkiyə ilə ehtiyat hissələrin ticarətində Türk lirəsi ilə ödəmənin qəbul edilib-edilməyəcəyi sualına belə cavab verib:

"İstehsalçı şirkətlərimizin yerli pul vahidlərinə tam olaraq keçib keçmədiyini dəqiq demək tezdir. Çünki istehsalçılarımızın sayı çoxdur. Lakin bir ay əvvəl bir sıra həmkarımızla keçirdiyimiz görüşlər zamanı istehsalçılarımız yaxın zamanda ticarətdə yerli pul vahidlərinə keçməyə hazırlaşdıqlarını dedilər. Türkiyənin istehsalçı şirkətlərinin də hazırda ticarətdə yerli pul vahidlərindən məmnuniyyətlə istifadə edəcəklərini bilirəm. Yerli valyutalarla ticarət hər zaman risqdən qorunmağa kömək olur. Lirə də, rubl da zəifləyib. Bizim üçün də yerli valyutalara keçilməsi rahat olacaq".

Rusiyanın avtomobil istehsalçısı olan bəzi şirkətləri Türkiyə ilə ehtiyat hissələrin alqı-satqısında dollar əvəzinə yerli pul vahidlərindən istifadə edəcəklərini bildiriblər.

Seymur Rəhimov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə