SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Yüzminlər qazanan məşhurların keçmişi

4-09-2018, 13:06 | Oxunub: 9 507 |

Yüzminlər qazanan məşhurların keçmişi

Hər bir insanın həyatında müxtəlif mərhələlər olur.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, elə insanlar var ki, ona məşhurluq qazandıran sahəyə gələnə qədər digər sahələrdə özünü sınayır.

Bəzən ehtiyacdan, bəzən də digər səbəblərdən həyatın müxtəlif sınaqlarından keçirlər.

Vaxtilə digər sahələrdə çalışmış məşhurlardan, daha doğrusu şou-biznesin məşhur simalarından bəhs edəcək.

Xalq artisti Ağadadaş Ağayev böyük səhnəyə ötən əsrin 81-ci ilində qədəm qoyub. Buna qədər doğulub boya-başa çatdığı Cəlilabad rayonunda müəllim işləyən müğənninin hazırda 62 yaşı var.

Əməkdar artist Baloğlan Əşrəfov da cavanlıqda müəllim olub.

Masallı rayonunun Bədəlan kəndində pedqoji fəaliyyət göstərən müğənni böyük səhnəyə 1989-cu ildə gəlib və hazırda 67 yaşı var.

Əməkdar artist Ədalət Şükürov vaxtilə rejissorluq, rəssamlıq, dizaynerlik və biznes fəaliyyəti ilə məşğul olub.

Uzun illər Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan müğənninin hazırda 52 yaşı var.

Cəmiyyətdə "Samiraldo” ləqəbi ilə tanınan Samir Əliyevin həyatı böyük məşəqqətlərlə dolu olub.

Məşhur stilist bu sənətə gələnə qədər uzun illər fəhləlik edib. Çörək zavodunda və tikinti müəssisələrində çalışıb.

Tanınmış müğənni Elçin Cəfərov müğənniliyə qədər ticarətlə məşğul olub. "Binə” Ticarət Mərkəzində hazırda diş həkimi olan qardaşı İlkinlə birgə geyim məhsullarının satışını həyata keçirib.

Xalq artisti Briliant Dadaşova hələ gənclik yaşlarından musiqiylə məşğul olsa da, ilk fəaliyyəti müğənniliklə bağlı olmayıb.

Tanınmış estrada müğənnisi musiqi alətlərində ifa edib və toylara gedib.

Tanınmış müğənni Sevda Yəhyayeva səhnəyə gələnə qədər piroq satıb.

O bununla bağlı yayılan iddiaları heç zaman təkzib etməyib. Burada satışın sirlərini öyrənən müğənni "Yeni Ulduz” yarışmasında populyarlıq qazanıb.

Tanınmış müğənni Mətanət İsgəndərova uşaqlıqda həkim olmaq istəsə də, bu istəyinə nail olmayıb.

Paytaxtdakı xəstəxanaların birində bufetçi işləyən Mətanət sonradan yolunu müğənnilikdən salıb.

Tanınmış müğənni Xatirə İslamova populyarlıq qazanana qədər tibb bacısı işləyib. 5 il bu sahədə fəaliyyət göstərən gələcək müğənninin də "ağ xalatlı” olmaq arzusu olub. Bu arzusunu gerçəkləşdirməsə də, səhnədə məşhurlaşmağı bacarıb.

56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi Nigar Camal ixtisasca iqtisadçıdır və bir müddət bu sahəylə məşğul olub. 8 il keçmiş həyat yoldaşı ilə birgə Londonda yaşayan Nigar artıq 8 ildir peşəkar səhnədədir.

İsmayilov İsmayil
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR