04 sen 12:02Oxunub: 383 |

Dollara qarşı mübarizə apara bilinərmi?

Dollara qarşı mübarizə apara bilinərmi?

"İnkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək daha çox dollara sahib olmaqla “dollara qarşı mübarizə” apara bilərlər".

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov özünün "Facebook" səhifəsində yazıb.

Onun sözlərinə görə, dollardan imtinanın hələlik real olmaması yalnız ABŞ pulunun hegemonluğu ilə bağlı deyil:

"Dollardan imtina mümkündürmü? Hazırda çox fərqli regionlarda ABŞ dollarından imtina edilməsi və ikitərəfli xarici ticarət əməliyyatlarında milli valyutadan istifadə edilməsi müzakirə olunur. Bir müddət öncə bu məsələdə Rusiya və İran daha aktiv görünürdüsə indi inkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək daha çox dollara sahib olmaqla “dollara qarşı mübarizə” apara bilərlər. Türkiyədən dollardan imtinaya daha çox çağırışlar var. Əvvəlki dövrlərdə də dollardan imtinaya cəhdlər olub və etiraf etmək lazımdır ki, bu cəhdlərin hamısı uğursuz nəticələnib. Hazırda dünya aktivlərinin 62.7 faizi dollarda, 20.2 faizi avroda saxlanılır. Sonrakı iki yeri bölüşən Yaponiya və Britaniya milli valyutalarının rezerv səbətində payı ayrı-ayrılıqda 5 faizə belə çatmır. Strateji məhsulların da yalnız dollar ilə satıldığını nəzərə alsaq ABŞ valyutası yalnız dünya rezervlərində deyil, eyni zamanda qlobal ticarətdə hegemonluğunu qoruyub saxlayır. Amma dollardan imtinanın hələlik real olmaması yalnız ABŞ pulunun hegemonluğu ilə bağlı deyil. Baxmayaraq ki, bunun özü də vacib faktordur.

Məsələ ondadır ki, inkişaf etməkdə olan ölkələrin milli valyutalarının bir-biri ilə birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşir. Hətta ölkələr milli valyutalarda xarici ticarət əməliyyatları aparmaq istəsələr də belə öz pullarını dollara üzərindən konvertasya etməlidirlər. Digər tərəfdən, inkişaf etməkdə olan ölkələr yığımlarda dolların payı azaltmaq istəsələr də belə alternativ olaraq avrodan istifadə ediməlidir. Bu isə o deməkdir ki, Qərb valyutasından imtina hələlik mümkün deyil. Bu baxımdan, hələlik dollardan imtina cəhdləri daha çox psixoloji və əksər hallarda daxili auditoriyaya ünvanlanan ideoloji mesajlardır. Bu baxımdan, inkişaf etməkdə olan ölkələr yalnız iqtisadiyyatını inkişaf etdirərək daha çox dollara sahib olmaqla “dollara qarşı mübarizə” apara bilərlər.

Seymur Rəhimov
Emtv.az
Məşədi Faiq ƏHMƏDOV-BAŞ YAZAR
TƏQDİMAT MƏRASİMİNDƏ
TƏQDİMAT MƏRASİMİNDƏ "AZƏRBAYCANIN SƏSİ" İCTİMAİ BİRLİYİNİN SƏDRİ MƏŞHƏDİ FAİQ ƏHMƏDOV "QALX AYAĞA AZƏRBAYCAN" ŞEİRİNİ DEMİŞDİR – VİDEO
Oxunub: 946
XƏBƏR LENTİ

Reklam
Məzənnə