SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Qanunsuz fəaliyyətlə məşğul olan şirkət. 3 nəfər həbs olunub

3-09-2018, 13:57 | Oxunub: 6 205 |

Qanunsuz fəaliyyətlə məşğul olan şirkət. 3 nəfər həbs olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən islahatlar çərçivəsində görülən işlərdən biri kimi tikinti, turizm və nəqliyyat sahələrində uzunmüddətli dövlət layihələrinin uğurla həyata keçirilməsi, o cümlədən nəqliyyat sahəsində aparılan islahatlar nəticəsində respublikanın avtomobil və dəmir yolları infrastrukturu müasir standartlara uyğun şəkildə yenidən qurulması qeyd edilən sahənin ölkədə prioritet məsələlər sırasına qaldırılmasının bariz nümunəsidir.

Bununla belə, bəzi hüquqi və fiziki şəxslər tərəfindən şəffaf prosedurlar əsasında sahibkarlığın inkişafına və biznes mühitinin yaxşılaşdırılmasına, tikinti və turizm sektorunun sağlamlaşdırılmasına göstərilən dövlət dəstəyindən sui-istifadə halları müşahidə olunur ki, onlara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilməkdədir.

Emtv.az xəbər verir ki, baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, “Evrokord 2” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Aparılmış istintaq zamanı cəmiyyətin direktoru Nəsimi Güləliyevin öz qulluq mövqeyindən istifadə etməklə tanışları Mübariz Heydərov və Rafik Əhmədovla qabaqcadan əlbir olaraq guya Xudat şəhərindən Qusar rayonunda yerləşən “Şahdağ” və Qəbələ rayonunda yerləşən “Tufandağ” turizm mərkəzlərinə yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihənin icrasının rəhbəri olduğu təşkilata həvalə edilməsi barədə ayrı-ayrı vətəndaşlara yalan məlumatlar verərək bununla əlaqədar təcrübəli kadrlara ehtiyacı olduğunu bildirib işə qəbulla bağlı cəmiyyətin maddi-texniki bazasının formalaşdırılmasına dəstək adı altında onlardan müxtəlif məbləğlərdə pulları dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı N.Güləliyevin dövlət orqanlarında rəhbər vəzifədə işləyən tanışları olduğunu yalandan bildirərək məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli yaşayış binalarından mənzil verilməsi, dövlət orqanlarına rüşvət müqabilində işə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd verib 37 min manat pulu aldatma yolu ilə ələ keçirməsinə, habelə başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə N.Güləliyev Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə), M.Heydərov və R.Əhmədov isə həmin Məcəllənin 178.2.1, 178.2.4 və 32.5, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə köməklik göstərmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirkar şəxslərin əməllərinin dairəsinin müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu qeyd edilən qanunazidd hallarla üzləşən ölkə vətəndaşlarına müraciət edərək, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və ya 361-11-76, 361-11-48 nömrəli telefonlara məlumat vermələrini xahiş edir.

İsmayil İsmayilov
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR