SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Prezidentin sərəncamı: Bu qurumun ipoteka məsələlərinin səlahiyyətləri artıb

3-09-2018, 13:39 | Oxunub: 7 158 |

Prezidentin sərəncamı: Bu qurumun ipoteka məsələlərinin səlahiyyətləri artıb

Bir neçə gün bundan qabaq Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər Fondu Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” ölkə başçısının 2018-ci il 13 mart tarixli 3784 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, sərəncamın 1-ci hissəsi aşağıdakı redaksiyada verilir:

“Müşahidə Şurasının sədri

Məmmədəliyev Yusuf Ülfət oğlu – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri

Müşahidə Şurasının üzvləri

Babayev İntiqam Vaqif oğlu – Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Vəliyeva Məhəbbət Məhərrəm qızı – Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bayramov Rafiq Yasin oğlu – Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini

Kərimli Mətin İmdad oğlu – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Məcidova Məryəm Teymur qızı – Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri

Orucov Seymur Vaqif oğlu – “Gənclərin İntellektual İnkişafına Yardım” İctimai Birliyinin idarə heyətinin sədri

Vəliyev Seymur Aydın oğlu – “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin sədri

Ağabəyli Murad Asif oğlu – “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin İcraçı direktorunun müavini”.

Fondun Müşahidə Şurasının üzvü Seymur Orucov Modern.az-a açıqlamasında gələcək planlardan danışıb.

“Əvvəla, bu təqdirəlayiq və gənclər tərəfindən bəyənilmiş çox böyük bir addım oldu. Çünki Gənclər Fondu ilk olaraq Gənclər və İdman Nazirliyinin yanında fəaliyyət göstərib. Daha sonra Prezident yanında status verilib. İndi isə publik hüquqi şəxsə çevrilib. Artıq qurumun bu gün ipoteka məsələlərinin səlahiyyətləri artıb.

Artıq düzgün bazanın üzərində aparılmış siyasət bu gün tam olaraq yeni bir məzmunda formalaşıb. Startap layihələrinə dəstəyin verilməsi, uzunmüddətli, qısamüddətli kreditlər, ipoteka məsələlərinin həlli üçün şəraitin yaradılması… Artıq bu məzmunda cənab Prezidentin sərəncamı ilə hazırlanmış tam yeni əsasnamə mövcuddur.

İnanmıram ki, dünyanın hansısa ölkəsində gəncləri bu formada hərtərəfli fikirləşsinlər. Çünki İKT , xüsusi qabiliyyət, regionlar sahəsində gənclərin sosial vəziyyətləri nəzərə alınır.

Əsasnamədə xaricdə yaxşı tədbir layihələrin iştirakı adlı bənd var. O da çox vacibdir. Azərbaycan gəncləri və Azərbaycan dövləti dünyaya inteqrasiya edir. Dünyanın təcrübə proqramlarına qatılaraq ordakı təcrübəni öyrənib Azərbaycanda tətbiq etmək çox yaxşıdır. Bütün bunlar yeni lokomotivin olacağından xəbər verir. Bunu da Azərbaycan dövləti həyata keçirir. Düşünürəm ki, gənclərimiz üçün çox yaxşı nəticələr olacaq”.

Sevinc Əlimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR