SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Ərdoğandan şok açıqlama: “FETÖ-nün arxasında bir başa ABŞ dayanır”

3-09-2018, 13:25 | Oxunub: 6 736 |

Ərdoğandan şok açıqlama: “FETÖ-nün arxasında bir başa  ABŞ dayanır”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızstana səfəri zamanı ən diqqət çəkən mövzulardan biri FETÖ və bu terror təşkilatı ilə mücadilə məsələsi olub.

Emtv.az xəbər verir ki, Ərdoğan Qırğızstan səfəri zamanı FETÖ-nün nə qədər təhlükəli bir terror təşikilatı olduğunu və bu təşkilatın üzvlərinin dövlətin istənilən qurumuna sızaraq, sonda ölkə üçün ciddi təhlükəyə çevrildiyini qeyd edib.

“Türkiyə dost və qardaş Qırğızstanla siyasi, iqtisadi, ticari və mədəniyyət sahəsində ciddi əməkdaşlığı mövcuddur. Biz FETÖ kölgəsindən xilas olmaqla qarşıdakı dönəmdə əlaqələrimizi daha da inkişaf etdirmək niyyətindəyik. Və bunda qərarlıyıq”- Ərdoğan bildirib.

Ərdoğan əlavə edib ki, FETÖ xain bir təşkilatdır: “Siz də bizim qardaşımızsınız. Bunlar xaindir, alçaqdırlar. Bu baxımdan bizim başımıza gəldiyindən sizləri də xəbərdar edirik. Buna diqqət edin. Onlar ikitərəfli münasibətlərimizi zəhərləməyə çalışırlar. Buradan qırğız qardaşlarımıza xitabən səslənirəm ki, FETÖ ilanının başını əzmimizlə bu təhdidi aradan qaldırmalıyıq. 15 iyulda bizə qarşı dövlət çevrilişi edənlər, sabah qırğız qardaşlarımıza qarşı belə bir cəhd edərsə, narahat olarsınız. Bunlar çox çirkin bir təşkilat. Onlar ispanların “Opus dei” təşkialtının üzvləri kimi hər təşkilata sızarlar. Hərbə, polisə, dövlət qurumlarına, prokurorluğa sızarlar və dövləti içəridən ələ alaraq çevriliş edərlər”.

Ədoğan əlavə edib ki, FETÖ təkcə Türkiyə üçün deyil, eyni zamanda, fəaliyyət göstərdikləri istənilən ölkə üçün ciddi təhdiddir: “Bunu başı bilirsiniz haradadır? Amerikada. Dünyanın 160 ölkəsində fəaliyyət göstərir.Bu gücü haradan alır? Sadəcə, Amerikada “charter schooll”lar vasitəsi ilə ildə 850 milyon dollar gəlir əldə edir. Demək, bunun arxasında duran ABŞ-dır. Bu qədər bəsit. Ver onu bizə deyirik (Fətullah Gülən nəzərdə tutulıur). ABŞ isə vermir. Amma bizə deyir ki, sən ver (casus Brunsonu nəzərdə tutulur). Mən güclüyəm, deməli mən haqlıyam. Xeyir, güclü olmaq haqlı deyil, haqlı güclüdür. Allahdan böyük güc yoxdur. Sadəcə, Allaha qul olacağıq. Bunlar iradələrini Pensilvaniyaya təslim ediblər. Bizim isə iradəmiz Allahın əlindədir”.

Dünyadakı ticarət müharibəsinə toxunan Ərdoğan deyib ki, biz artıq tədricən dövlətlər arasında milli valyutadan istifadə etməklə dollardan asılılığı aradan qaldırmağa başlamışıq.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR