SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Serj Sarkisyana qarşı yeni ittiham irəli sürüldü

3-09-2018, 11:37 | Oxunub: 7 903 |

Serj Sarkisyana qarşı yeni ittiham irəli sürüldü

Ermənistanın xüsusi istintaq xidməti 2008-ci ilin martın 1-də ölkədə keçirilən prezident seçkilərinin nəticələrinə etiraz olaraq keçirilən aksiyalar zamanı baş verən qanlı olayla bağlı yeni cinayət işi açılıb.

Emtv.az yeri KİV-ə istinadən xəbər verir ki, 1 mart 2008-ci il hadisələri zamanı keçirilən mitinqlərdə dinc aksiya ilştirakçıları ilə hüquq-mühafizə orqanları arasında baş verən qanlı toqquşmada on nəfər ölüb.

Xüsusi istintaq xidmətinin yaydığı məlumatda qeyd edilib ki, 29 fevral 2008-ci ildə prezident seçkisinin nəticələri ilə bağlı sənədlər Serj Sərkisyanın xeyrinə saxtalaşdırılıb. Hakimiyyətinin yuxarı eşalonunda təmsil olunan şəxslər İrəvanın mərkəzindəki Azadlıq meydanında seçkinin nəticələrində etiraz olaraq keçirilən dinc aksiyanı güc yolu ilə dağıtmaq üçün hüquq-mühafizə orqanlarına göstəriş verib.

Nəticədə martın 1- də dinc aksiya iştirakçıları ilə hüquq-mühafizə orqanları arasında toqquşma baş verib. Hüquq-mühafizə orqanları dinc aksiyanı dağıtmaq üçün silahdan və partlayıcı maddələrdən istifadə edib. Hadisə zamanı 10 nəfər ölüb, 250 nəfər isə yaralanıb.

Aksiya martın 2-də zor gücünə dağıdılıb.

Ermənistanın indiki baş naziri Nikol Paşinyan 2008-ci ildə prezidentliyə namizəd Levon Ter-Petrosyan seçki qərargahının üzvü olub.

1 mart 2008-ci il ixtişaşları ilə bağlı Paşinyan barəsində cinayət işi açılaraq, axtarış elan olunub. Paşinyan 2009-cu ildə hüquq-mühafizə orqanların təslim olub . 2010-cu ildə isə Nikol Paşinyan kütləvi iğtişaşlar təşkil etməkdə ittiham olunaraq məhkəməninin qərarı ilə 7 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci ildə isə amnistiya aktı nəticəsində azadlığa çıxıb.

Nikol Paşinyan 2018-ci ikldə ölkənin baş naziri seçildikdən sonra 1 mart 2008-ci il hadisələrinın açılması məqsədi ilə cinayət işinin yenidən başlanmasını bəyan edib. Bundan sonra Ermənistan Xüsusi istintaq xidməti 1 mart 2008-ci il hadisələri ilə bağlı cinayət işi açılıb və ölkənin sabiq prezidenti Robert Köçəryan, sabiq müdafiə naziri Mikael Arutyunyan, KTMT-nin baş katibi Yuriy Xaçaturov istintaqa cəlb olunub.

Aysu Əliyeva,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR