SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Kreml İrəvandan 5 rayonu tələb edəcək – Duqin

31-08-2018, 16:48 | Oxunub: 6 229 |

Kreml İrəvandan 5 rayonu tələb edəcək – Duqin

Köçəryanın siyasətdə perspektivləri var.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı filosof və ideoloq Aleksandr Duqin deyib.

“Mən artıq qeyd etmişəm ki, Qarabağ klanı öz mövqelərini hələ itirməyib. Müasir erməni siyasətində Qarabağ çox şeydə həlledici arqumentdir. Onu hər şey pis getdikdə işə salırlar. Qarabağ məsələsini şübhə altına alan istənilən cəhd Ermənistanın bütün qüvvələri tərəfindən geriyə çevrilir. Qarabağ klanı məhz bu məsələ sayəsində hakimiyyətə gəlib.

Məncə Köçəryanın öz mövqeyini gücləndirməsi üçün baxış bucağı var. İndi Ermənistanda hər şey qeyri-müəyyəndir və münasibətlərdə həddən çox detal mövcuddur. Situasiya daha çox xaosa yaxındır.

Bununla belə Qarabağ faktorunu bütün qüvvələr istifadə etməyə cəhd edir. Bu faktor hesabına Ermənistanın sosial-iqtisadi uğursuzluqları izah edilir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Moskvanın Ermənistanla münasibətlərində prinsipial olan əsas məsələ Qarabağ konfliktidir:“Rusiya qəti şəkildə Qarabağın həllinin birinci mərhələsini – Azərbaycana Dağlıq Qarabağ ətrafındakı beş rayonun qaytarılmasını reallaşdırmaq niyyətindədir. Serj Sərkisyanla bu istiqamətdə ciddi irəliləyişlər əldə edilmişdi. Bugünkü gündə bu, regiondakı bundan sonrakı çətinliklərin ortadan qaldırılmasında əsas şərtdir. Ermənistanda hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayaraq, Moskva bu məsələdə sərt olacaq. Hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq, o, Qarabağ probleminin həlli ilə bağlı əvvəlki hökumət və əsas regional güclər arasında əldə olunan razılaşmalara əməl etməlidir. Azərbaycan beş rayonun qaytarılmasına Qərb də qarşı çıxmır, yəni bu hər kəsi razı salır.

Bu aspekt Rusiya və Ermənistan münasibətlərində test anı olacaq. Biz görürük ki, Paşinyan birinci mərhələdə onun heç bir razılaşmadan xəbərinin olmadığını bəyan etdi. Bu razılaşmanın strateji formasının pozulmasının nümunəsidir. Əgər yeni Ermənistan bu xətti davam etdirsə, təəssüf ki, situasiya gərginləşəcək və Moskva İrəvanla qarşılıqlı fəaliyyət formalarına yenidən baxmalı olacaq”.

Duqin Paşinyanın bir müddət əvvəl İrəvandakı mitinqdə Qarabağın danışıqlar prosesinə cəlb edilməsi haqqında sözlərinə ciddi şəkildə yanaşmadığını deyib. O, Qarabağdakı qondarma rejimin Ermənistanın, eləcə də Qərb və Rusiyadakı erməni diasporunun hesabına ayaq üstə qaldığını bildirib: “Ermənistanın özü Qarabağa zorla yardım edir. Burada situasiya çox ağlamalıdır. İstənilən halda danışıqlarda subyekt Qarabağ yox, Ermənistandır. Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı bütün danışıqları məhz Ermənistan aparmalıdır. Məncə hələlik bu məsələni gündəmə gətirməklə Paşinyan pauza götürür, yəni o deyir ki, hələlik bu məsələni müzakirə etməyə hazır deyiləm. O, Qarabağın həllində real addımlara hazır deyil”.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR