17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
Qurban Qurbanov: “Böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu”
“Çətin və maraqlı qrupa düşdük. Bir tərəfdən sevindirici haldır ki, “Arsenal” və “Sportinq” kimi böyük tarixləri və Avropa təcrübələri olan klublarla qarşılaşacağıq”.
Bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov klubun saytına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirərkən deyib.
46 yaşlı mütəxəssis ötən mövsüm Çempionlar Liqasının qrupundakı rəqiblərin də çətin olduğunu və ağır oyunlar keçirdiklərini söyləyib: “Ən azından azarkeşlərimiz bu matçlardan həzz aldılar, bəzi oyunlar bizim üçün arzuolunmaz oldu. Hər bir halda, elə böyük komandaların Bakıya gəlməsi azarkeşlər üçün xoş oldu. Eləcə də bu mövsümdə azarkeşlərimiz bu komandalarla oyunları səbirsizliklə gözləyəcək, biz də onların etimadını doğrultmağa çalışacağıq. Bu qrupda hər bir oyunumuz çətin olacaq”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.
Sevinc Əlimova,
Emtv.az
Paylaş: