SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Gəncənin yeni başçısı ağsaqqallarla görüşdü

31-08-2018, 07:05 | Oxunub: 8 342 |

Gəncənin yeni başçısı ağsaqqallarla görüşdü

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov şəhər ağsaqqalları ilə görüşüb. Görüşdə elm, səhiyyə, mədəniyyət, idman və digər sahələri təmsil edən 50-yə yaxın ağsaqqal ziyalı iştirak edib.

Emtv.az xəbər verir ki, Niyazi Bayramov ağsaqqalları salamlayaraq, vaxt ayırıb görüşə gəldikləri üçün onlara təşəkkür edib.

Qeyd edib ki, tarixən mədəniyyət beşiyi hesab olunan Gəncə həm də ziyalılar şəhəridir.

“Bu görüşü təşkil etməkdə əsas məqsədim, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ağsaqqalların fikirlərini öyrənmək, şəhərdə olan problemlər barədə məlumat almaq, onların həlli istiqamətində təkliflərinizi dinləməkdir. Bu baxımdan sizin dəstəyinizə ümid edirəm”, – deyə Niyazi Bayramov bildirib.

Görüşdə AMEA Gəncə bölməsinin akademik katibi Fuad Əliyev, Dövlət Aqrar Universitetin rektoru İbrahim Cəfərov, Gəncə Dövlət Universitetinin (GDU) rektoru Yusif Yusibov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, GDU-nun prorektoru Gülsüm Fətəliyeva, Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədov, Böyük Vətən müharibəsi veteranı Tofiq Hüseynov, Ağsaqqallar Şurası Gəncə şəhər Təşkilatının sədri Xalid Qurbanov, Gəncə Dövlət Dram Teatrının rejissoru Vaqif Şərifov və digərləri çıxış edərək, Gəncə şəhərinə yeni təyin olunan icra hakimiyyəti başçısına işlərində uğurlar arzulayıblar. Bildirilib ki, Gəncə və gəncəlilər hər zaman dövlətçiliyə xidmət edib, daim ölkə rəhbərinin yanında olublar. Şübhəsiz ki, onlar bundan sonra da Gəncənin inkişafı üçün çalışacaq, şəhər rəhbərinin yanında olacaq, əllərindən gələn köməyi göstərəcəklər.

Çıxışlar zamanı həlli vacib hesab olunan məsələlərlə bağlı məlumatlar verilib, bir sıra təkliflər səsləndirilib. Görüş qarşılıqlı diskussiya şəklində davam edib.

Seymur Rəhimov,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR