SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

BMT-dən kritik İdlib açıqlaması

30-08-2018, 20:16 | Oxunub: 8 338 |

BMT-dən kritik İdlib açıqlaması

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya, İran və Türkiyəyə Suriyanın İdlib təhlükəsizlik zonasında keçiriləcək istənilən hərbi əməliyyatın milyonlarla mülki əhaliyə təsir edəcəyi, həmçinin, kimyəvi savaşa yol açacağına dair xəbərdarlıq edib.

Emtv.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura bəyan edib. Onun sözlərinə görə, İdlibdə çox sayda xarici hərbçilər və 10 min nəfər də silahlı terrorçular yerləşib. Bu səbəbdən də, İdlibə hərbi hücum planlaşdırmaq əvəzinə, bölgəyə humanitar dəhlizlərin açılmasına kömək edilməlidir.

Mistura xüsusilə xəbərdarlıq edib ki, İdlibə hücum həyata keçirilərsə, bu oradakı müxtəlif silahlı qrupları kimyəvi silahdan istifadəyə təşviq edəcək.

Qeyd edək ki, Rusiya və İranın dəstəyi ilə Bəşər Əsəd hökumətinə bağlı ordunun suriyalı müxalifətin son dayaq nöqtəsi kimi tanınan, Əl Qaidənin bir qolu olan “Həyat Təhriri Şam” qruplaşmasının nəzarətində olan İdlibə hücum planlaşdırdığına dair mlumatlar yayılıb. Ötən həftə Moskvaya səfərində rusiyalı həmkarı Sergey Lavrovla görüşən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan etmişdi ki, radikal qrupları neytrallaşdırmaq üçün İdlibə hücum etmək humanitar fəlakət olacaq, 3,5 milyon insan yenidən qaçqın düşəcək.

Türkiyəli nazirə görə, bu cür hücum planı Astana danışıqlarının ruhuna ziddir.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR