SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

Tramp CNN telekanalının prezidentinin işdən çıxarılmasını istəyir

30-08-2018, 16:39 | Oxunub: 908 |

Tramp CNN telekanalının prezidentinin işdən çıxarılmasını istəyir

ABŞ prezidenti Donald Tramp CNN telekanalının prezidenti Ceff Zakerin vəzifədən azad edilməsinə çağırıb.

D.Tramp bu barədə “Twitter”dəki səhifəsində yazıb.

Onun sözlərinə görə, telekanal auditoriyanın etimadını itirmək istəmirsə, C.Zakerin istefası zəruridir.

“Balaca Ceff Zaker işini bərbad icra edir, reytinqləri çox aşağıdır, AT&T isə etimadı qorumaq üçün onu işdən qovmalıdır”, – D.Tramp bildirib.

O, telekanalın ABŞ prezidentinin fəaliyyəti ilə bağlı olan qərəz səbəbindən normal fəaliyyət göstərə bilmədiyini qeyd edib.

Aysu Əliyeva,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR