SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Azərbaycanın xarici dövlət borcu 9,6 mlrd. dollara qalxıb

30-08-2018, 16:33 | Oxunub: 6 752 |

Azərbaycanın xarici dövlət borcu 9,6 mlrd. dollara qalxıb

Bank sisteminin sağlamlaşdırılması tədbirləri çərçivəsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xarici öhdəliklərinin dövlətin üzərinə keçməsi nəticəsində xarici dövlət borcu 31,6% artıb və şərti öhdəliklər də nəzərə alınmaqla 2018-ci ilin iyul tarixinə xarici dövlət borcunun məbləği 9,6 mlrd. ABŞ dolları (ÜDM-in 21,9 faizi) təşkil edib.

Emtv.az xəbər verir ki, bu barədə Azərbaycan Maliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Nazirliyin məlumatında deyilir ki, hazırda dövlət borcunun səviyyəsi beynəlxalq təcrübədə müəyyən olunan göstəricilərə əsasən, sabit olsa da, borcun vəziyyətinə nəzarətin mütəmadi təmin edilməsi bu sahədə xüsusi strategiyanın işlənib hazırlanması zərurətini aktuallaşdırdı: “Bu günlərdə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan strateji hədəflərə çatmaq üçün prioritet tədbirlərin həyata keçirilməsini və beləliklə də xarici borcun aşağı səviyyələrdə saxlanmasını təmin edəcək.

Məlum olduğu kimi, 2014-cü ilin ikinci yarısından başlayaraq dünya bazarında neftin qiymətinin ucuzlaşması və əsas ticarət tərəfdaşlarında iqtisadi tənəzzül meyillərinin dərinləşməsi nəticəsində tədiyyə balansının tarazlaşdırılması məqsədilə Mərkəzi Bank tərəfindən 2015-ci ildə manatın korreksiyası həyata keçirildi və milli valyuta ABŞ dollarına nisbətdə ucuzlaşdı. Bununla da dövlət borcunun ümumi səviyyəsi sabit qalsa da, ÜDM-in xarici valyutada nominal dəyərinin azalması xarici dövlət borcunun ÜDM-ə nisbətinin artmasına təsir edən başlıca səbəb oldu. Beləliklə milli valyutanın ucuzlaşması fonunda dövlət borcunun ÜDM-ə nisbəti 9,8 faiz bəndi artıb. Qeyd olunanların müqabilində bu dövrdə ölkənin strateji valyuta ehtiyatlarının ÜDM-ə nisbəti 55% bəndi artıb”.

Hər iki ildə bir dəfə yenilənməsi nəzərdə tutulan Strategiyanın həyata keçirilməsində əsas əlaqələndirici qurum kimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi müəyyən olunub.

Aynurə Kərimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR