SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bakida yanan dispanserlə bağlı şok fakt - Xəstələr vəhşicəsinə döyülürdülər

29-08-2018, 16:48 | Oxunub: 9 482 |

Bakida yanan dispanserlə bağlı şok fakt - Xəstələr vəhşicəsinə döyülürdülər

“İşlədiyim yerdə belə Vüsalə xanım , Qabil Abbasoğlu və daha bir-iki nəfər (məncə Şahin Cəfərli də bu siyahıya daxildir) istisna olmaqla heç kim bilmirdi ki, mən də bir, hə, məhz bir gün orada müalicə olunmuşam. Ora sözün həqiqi mənasında gestapo kimi bir yer idi”.

Tanınmış jurnalist Səbuhi Məmmədli bu ilin mart ayında yanan Respublika Narkoloji Mərkəzində müalicə aldığı bir günün dəhşətli təəssüratını bölüşüb.

Emtv.az xəbər verir ki, bu barədə jurnalistin özü sosial şəbəkədə paylaşma edibdir.

Həmin paylaşmanın təəssüratlarını olduğu kimi təqdim edirik: “QULAQ” dakı həbs kampları belə oradan daha sivil görünürdü. Bu mərkəzin qapısı daim bağlı olurdu. 50-60 adam içəridə var-gəl etməklə məşğul idik. İçəri natəmiz, hər yer siqaret kötükləri və qanlı şprislərlə dolu bir yer idi.

Müxtəlif kateqoriyalı narkoman və alkoqoliklər, hepatitdən tutmuş Allah bilir ebolayacan 100 cürə xəstəliyin daşıyıcısı ağız-ağıza bir yerdə idi. Xüsusi rejim idi. Adi bir intizamsızlıq çarpayıya bağlanıb vəhşicəsinə döyülməklə nəticələnirdi.

Mən ora girdiyim günün axşamı cılız bir narkomanı o qədər döydülər ki, axşamacan uladı. Hə, zarımadı, məhz uladı. Sonra başının qanını yumaq üçün tualetə apardılar. Dəhlizdəki qan ləkələri bəlkə ora yananacan döşmədə qalmışdı.

Burada müalicə olmaq yox, dəli olacağımı anladım. Dərhal növbətçi həkimdən telefon istəyib Samirəyə zəng etdim ki, təcili məni buradan çıxarın.

Mən çıxdım, az sonra ora yandı. Oradakı yeganə nurlu insan olan Azər Sadəddinov da həlak oldu. Allah rəhmət etsin. Amma gec də olsa xeyirxah insanların köməyilə özəl klinikaların birində müalicə aldim. Yenicə bitirdim.

Amma buranın da oz “maralları” vardı. Həkim, qidalanma, şərait, müalicə əla idi. Söhbət oradakı pasientlərdən gedir. Çox maraqlı taleli insanlardan. Yaxşı qonorar verən olsa, yazacam”.

Sevinc Əlimova,
Emtv.az

Paylaş:

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR