SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Bu tələblərə xüsusi təqaüd veriləcək

29-08-2018, 14:29 | Oxunub: 8 298 |

Bu tələblərə xüsusi təqaüd veriləcək

2018-2019-ci tədris ilində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmuş 198 abituriyentdən 29-u 500-dən, 3-ü isə 600-dən yuxarı bal toplayıb.

Emtv.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən məlumat verilib.

2018/2019-cu tədris ili üzrə Akademiyaya qəbul üçün ümumilikdə 200 yer ayrılıb. Yalnız “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” ixtisası üzrə rus bölməsində birinci mərhələdə 2 yer boş qalıb. Müsabiqədə iştirak etmiş abituriyentlərdən 103 nəfər dövlət sifarişi əsasında, 95 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Dövlət sifarişi ilə oxuyanların sayı ötən illə müqayisədə 14 faiz artıb.

İlk dəfə olaraq bu il ADDA-da “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə ingilis dilində tədrisi nəzərdə tutan 15 yer ayrılıb və qəbul nəticəsində həmin yerlərin hamısı dolub. Ən yüksək ballar da burada qeydə alınıb: 432-494 ödənişli, 495-624 dövlət sifarişi əsasında. Ümumilikdə ADDA-ya yüksək balla qəbul olanların sayında bu il də xeyli artım var. Əgər 2017-ci ildə 76 nəfər 400-dən çox bal yığmışdısa, 2018-ci ildə onların sayı 104 nəfər olub. Bu isə qəbul olanların 53 faizi deməkdir.

Rəsmi statistikaya görə, tələbə adını qazananların on beş nəfəri 200-300, yetmiş doqquzu 300-400, yetmiş ikisi 400-500, iyirmi doqquzu 500-600, üçü isə 600-700 arası bal toplayıb.

Akademiyaya 500-dən çox balla daxil olan 32 abituriyent “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin dəstəyi ilə mükafatlandırılacaq. Bundan başqa, 550-dən yuxarı bal toplamış tələbələrə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xüsusi təqaüdü veriləcək.

Bu il Akademiyaya qəbul üçün 1 Türkmənistan və 5 Türkiyə vətəndaşı da müraciət edib. Türklər hazırda dil kurslarına cəlb olunub. Müvafiq tələbləri yerinə yetirsələr, Akademiyada ali təhsil almaq hüququ qazanacaqlar.

Qeyd edək ki, ADDA-ya qəbul 4 ixtisas üzrə aparılır. Bunlar “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” və “Elektrik mühəndisliyi” ixtisaslarıdır. Dəniz Akademiyası respublikada yeganə ali təhsil müəssisəsidir ki, diplomunu 170-dən çox dövlət tanıyır. Bütün tələbələrə pulsuz forma verilir. Həftənin 5 tədris günü tələbələr ödənişsiz yeməklə (səhər yeməyi və naharla) təmin olunurlar.

Bundan başqa, yüksək standartlara cavab verən yataqxana da gənclərin ixtiyarındadır.

Seymur Rəhimov,
Emtv.az.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR