SON DƏQİQƏ

emtv.az
 Valyuta məzənnəsi

NATO Rusiyanın bu hərəkətindən narahatdır – Fotolar

29-08-2018, 10:28 | Oxunub: 353 |

NATO Rusiyanın bu hərəkətindən narahatdır – Fotolar

2011-ci ildən etibarən Suriyada baş verən münaqişə dövründən Rusiya Aralıq dənizində hərbi iştirakını gücləndirib və bunun nəticəsidir ki, hazırda bu ölkə Aralıq dənizində ən böyük və güclü hərbi gəmi donanmasına malikdir. Rusiya Müdafiə nazirliyinin verdiyi xəbərə görə, hazırda Aralıq dənizində Rusiyanın 10 hərbi gəmisi mövcuddur. Bunların əksəriyyəti qanadlı “Kalibr” raketi ilə təchiz olunub.

Emtv.az “İzvestiya”ya istinadən xəbər verir ki, bunlardan əlavə, Rusiyanın Aralıq dənizində sualtı qayığı var.

Aralıq dənizindəki hərbi gəmilər Şimal, Baltik, Qardənizi və Xəzər dənizindəki hərbi-dəniz donanmasındakı hərbi gəmilərdir. Bunlar raket kreyseri “Marşal Ustinov”, “Severomorsk” böyük gəmisi, “Pıtlivıy”, “Admiral Essen”, “Admiral Makarov” mühafizə gəmiləri, “Qrad Sviyajsk”, “Velikiy Ustyuq”, “Vışniy Voloçek”, B-268 “Velikiy Novqorod”, B-271 “Kolpino” sualtı qayıqlarıdır.

Bundan əlavə, Rusiya Aralıq dənizinə çoxsaylı hərbi gəmiləri təmin etmək üçün Qaradəniz donanmasına məxsus ən böyük “İvan Bubnov” tankerini göndərib.

Qeyd edək ki, NATO-da Rusiyanın Aralıq dənizindəki hərbi iştirakını gücləndirməkdən narahat olduğunu bildirib.

NATO-nun təmsilçisi Oana Lunqesku “Haaretz” açıqlamasında Rusiyanın Aralıq dənizində güclənməsindən narahatlığını ifadə edərək bildirib ki, bu ölkə Aralıq dənizində Suriya sahilləridnə öz hərbi-dəniz donanmasını sürətlə inkişaf etdirir.

NATO təmsilçisi onu da bildirib ki, Rusiya bu əraziyə müasir qanadlı raketlərlə təchiz edilmiş gəmilər də göndərib: “Bu isə NATO-ya üzv ölkələri çox ciddi narahat edir. NATO-ya üzv ölkələri çoxu Aralıq dənizi hövzəsində yerləşir. Ona görə də biz regionda hərbi-dəniz qüvvələrinin, o cümlədən Rusiyanın də hərbi-dəniz qüvvələrinin fəaliyyətinə nəzarət edirik”.

Aynurə Kərimova,
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT
FOTOLAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR